Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan sonra yeni bir dünya qurula bilərmi?..

Koronavirus epidemiyası istehsal formaları, istehlak vərdişləri, marketinq texnikaları və istehsal vasitələrinə sahiblik kimi bir çox məsələləri gündəmə gətirib...

Həsən Öztürk

“Yeni Şafak” qəzeti, Türkiyə, 17 Mart 2020-ci il

Sənaye istehsalı və yanacaq istehlakı ilə dünyanın balaca bir kəndə çevrilməsi və ardınca gələn qloballaşma məsələləri koronavirus sayəsində yenidən gündəmdədir.

Görünən odur ki, koronavirusun yayılmasının qarşısını almağa çalışanlar da milli dövlətlərdir.

Koronavirus epidemiyasını milli dövlətlərlə və dövlətsiz “qlobal kapital” arasındakı müharibənin əsas silahı olaraq görənlər də var.

Təbii seçmə prosesi insanlara da aid olacaq?

Darvinin “təbii seçmə” qanununun və “zəiflərin ölüb, güclülərin davam etməsi” düsturunun insana aid edilməsi ilə bağlı fikirlər də yaranıb. Başqa sözlə, yaşlı və xroniki xəstəliyi olanların koronavirus sayəsində aradan çıxıb, geridə gənc və sağlam insanların qalacağı bir dünya qurmaqdan danışırlar. Bu, həm də qocalardan və xəstələrdən xilas olmuş və çökmək üzrə olan sosial təhlükəsizlik sistemini də xilas etmək deməkdir.

BVF-nin 1 trilyon dollar kreditlə oyuna girdiyi bir vaxtda milli dövlətlərdən olan İtaliya və İspaniyanın geri çəkilmək üzrə olduğuna şahid oluruq. Amerika dünyaya dollar axıdarkən Türkiyə kimi ölkələrdə dolların hələ də düşmədiyini görürük.

Almaniya ilə İngiltərənin uğurlu hesab etdiyi, lakin qısa zamanda məhv olan tətbiqlərindən sonra Avropa Birliyində sərhədlərin yenidən ortaya çıxdığına şahid oluruq.

Türkiyənin üstün cəhdlərinə kənardan müdaxilə edilir

Bəlkə də, koronavirusun təsiriylə müasir insan papağını qabağına qoyub yenidən düşünməlidir

İllərdir “dünyada insan üçün ən dəyərli nəsnə nədir?” sualına eyni cavabı verirəm: içməli su və məhsuldar torpaq.

Bunu həmişə sevdiyim insanlara tövsiyə edirəm: kəndlərinizdə əcdadlarınızdan, babalarınızdan qalan yıxılmış kərpic evləri, əyilmiş malikanələri gedin abadlaşdırın. Sərhədləri qeyri-müəyyən vəziyyətdə olan tarlalarınızdan məhsul götürə bilməsəniz də, oraları əkib becərin.

Bununla bağlı Mustafa Kutlunun “Qəlbin səsi” kitabını məsləhət görə bilərəm. Kitabın əsas mövzusu torpağa yenidən qayıtmaq, qənaət iqtisadiyyatının yenidən qurulması və insanın daha az olanla kifayətlənməsi haqqındadır. Mustafa Kutlu: “Bunun asan olmadığını bilirəm”, deyir.

Sadə bir həyat seçməyə çalışmaq

Koronavirus məsələsi gündəmin əsas mövzusu olandan bu yana yenidən sadə həyat, təbii yaşam və qənaətcillik kimi məsələlər önəm qazanıb. Çünki geridə göydələnlərdəki milyon dollarlıq mərtəbələr, dəyərləri daşlar və ya sənaye məhsulları qalmayacaq.

İçməli su ilə məhsuldar torpaqdan daha dəyərli nə ola bilər?

Sadə bir həyat seçmək həyəcan içində yaşamaqdan yorulmuş müasir insanı yenidən yarada bilər. Hər şeydən vacibi isə odur ki, təmiz torpağınız və içməli suyunuz varsa, dünyanın ən varlı insanı sizsiniz.

Lakin rəqəmsal/mobil informasiya təfəkkürlü bir güruha bunu izah etmək mümkün deyil.

Bəs görəsən, yeni dünya daha vicdanlı ola bilərmi?

Koronavirus epidemiyası dünyanı məhv edir. Buna şübhə yoxdur. Ölümcül bir virus sürətlə insan irqini təhdid edir.

Lakin bəşər övladı tarix boyu hər zaman belə bəlaları aradan qaldırmağı bacarıb. Hər zaman da bunlardan sonra yeni dünya qurulub.

Koronavirusdan sonra da yeni bir dünya qurulacaq. Arzu edirəm ki, bu dünya daha humanist, vicdanlı və qənaətcil olsun.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar