Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın iki böyük problemi: Silah və enerji qaynaqları Putini hara aparır?..

Baş verən bu mənfi hadisələr hər şeydən əvvəl ildə 25 milyard dollar qazanmağı hədəfləyən rus silah ixracatına xələl gətirə bilər...

Bülent Orakoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 16 mart 2020-ci il

Sovet İttifaqı dağıldıqdan sonra Putin Rusiyanı yenidən qlobal gücə çevirmək məqsədilə Obama administrasiyasının Yaxın Şərqdə hərbi güc tətbiq etməkdən imtina etməsini və dünyada Rusiyanın xeyrinə olan prosesləri fürsət bilərək Gürcüstanı qismən işğal etmişdi. Həmçinin, Ukrayna bönranından sonra Krımı Rusiyaya birləşdirdimişdi. Bu geosiyasi böhranlardan sonra ABŞ başda olmaqla, AB ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmiş və bu embarqo böyüdükcə Rusiya ciddi problemlərlə üz-üzə qalmışdı. Türkiyə hər nə qədər Krımın ilhaqını və Ukraynanın şərqindəki separatçı qrupların hakimiyyətini qəbul etməsə də, AB-nin və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayan 3-5 ölkədən biri olmuşdu.

Bəzi ekspertlərin fikrincə, SSRİ dağıldıqdan sonra da Rusiya bölgənin ən önəmli qüvvələrindən biri olaraq qalmışdı. Moskvanın bu gücü 2 vacib mənbədən gəlir. Bunlardan biri təbii qaz və neftdir, digəri isə silah satışıdır. Bundan başqa, Purinin Rusiya iqtisadiyyatını qorumaq üçün heç bir resursu yoxdur. Buna görə, Rusiya neftin qiymətinin düşməsini özünə qarşı bir hücum kimi dəyərləndirir. Qərbin və OPEC-in neft qiymətlərini azaltmaqda məqsədi Putini nüduzdan salaraq onu rus xalqı ilə üz-üzə qoymaqdır. Çünki Putinin Rusiyanın daxildə bir təhdidlə üzləşmədən hakimiyyətdən getməsiı mümkün görünmür.

Koronavirus və neft müharibələri

Koronavirus epidemiyasının geniş ərazilərə yayılması və ölüm halların sürətlə artması maliyyə bazarlarına olduqca mənfi təsir göstərir. Koronanın yaratdığı narahatlıq neft qiymətlərinin də düşməsi ilə bazarlarda “qara bazar ertəsi” effekti yaradıb. İqtisadi bazarlarda 9 mart 2020-ci tarixində 1991-ci il Körfəz müharibəsindən bu yana neftin barreli ən minimal şəkildə aşağı düşüb.

Koronavirus neftə olan tələbatı ciddi şəkildə azaltdığı üçün OPEC gündəlik neft istehsalını 1,5 milyon barrel azaltmaq istəyib. Bunun 1 milyon barrelini OPEC üzvü olan ölkələrin, 500 min barrelini isə Rusiyanın rəhbərlik etdiyi OPEC üzvü olmayan ölkələrin azaldacağı nəzərə tutulub. Lakin bu tələb Rusiya tərəfindən qəbul edilməyib. Buna görə də, Rusiyaya dərs vermək istəyən Səudiyyə Ərəbistanı ixrac etdiyi neftin barrel qiymətini kəskin şəkildə azaldıb və həmçinin, hasilatı artırıb. Bu Səudiyyə Ərəbistanı ilə Rusiyanın 2016-cı ildən bəri neft qiymətləri ilə bağlı apardığı əməkdaşlığa son qoyub və beynəlxalq bazarlarda neftin qiymətinin 30%-dən artıq aşağı düşməsinə səbəb olub.

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılaşa bilməməsi və ya neft müharibələrinin koranavirusla birlikdə yaratdığı nəhəng iqtisadi dalğalar nəticəsində bazarlar, demək olar, çökmək təhlükəsi ilə üz-üzə qalıb. Şübhəsiz ki, neftin qiymətinin sürətlə aşağı düşməsi bir müddətdir çətin vəziyyətdə olan Rusiyanı daha ciddi iqtisadi problemlərlə üz-üzə qoyub.

Koronavirus epidemiyası bütün dünyanı təhdid edərkən Putinin Rusiyası ciddi bir şok yaşayıb. Lakin Rusiya Türk raketlərinin İdlibdəki 8 “Pansir”ni məhv etməsindən sonra ikinci və ən böyük şoku yaşamışdı. Rusiyanın: “İdlibdə hava müdafiə sistemlərimiz zərər görmədi”, açıqlamasını müdafiə sənayesi müsbət şəkildə qarşılayıb. Vurulan sistemlərin görüntülərinin dəfələrlə müxtəlif nöqtələrdən yayımlanmasına və bu videoların dünyada milyonlarla insan tərəfindən izlənilməsinə baxmayaraq, Rusiyanın niyə bunu rədd etməsi məsələsi gündəmə gəlib. Bu sualın cavabı, şübhəsiz ki, Rusiya iqtisadiyyatını güclü saxlayan ikinci ən böyük gəlir mənbəyinə, yəni silah satışına zərər gəlməsinin qarşısını almaqdır. Çünki “Pansir”lərin Türkiyə raketləri tərəfindən belə asanlıqla vurulması öncə Rusiyanın hava müdafiə sistemlərinə, sonra isə bütün Rusiya silahlarına olan inamı zədələyə bilər.

Baş verən bu mənfi hadisələr hər şeydən əvvəl ildə 25 milyard dollar qazanmağı hədəfləyən rus silah ixracatına xələl gətirə bilər. Bu durum mövcud neft qiymətlərinə görə çətin vəziyyətdə qalan Rusiya iqtisadiyyatına qarşı yeni və güclü bir zərbə yarada bilər. Bəlkə də, bundan da betəri baş verər. Rusiyadan silah alan ölkələrin silah almaq üçün digər ölkələrə üz tutması göz qabağındadır.

Koronavirus fenomeni bioloji bir silahdır, yoxsa təbii bir hadisədir? Hələ ki, bunu bilmirik. Ancaq Rusiyanın 21-ci əsrin qəssabı Əsədi Türkiyədən üstün tutması və uşaq, qadın demədən günahsız vətəndaşları Əsəd cəlladı ilə birlikdə kimyəvi silahlarla qətl etməsi onun öz seçimidir. Putin Suriyanı işğal etməyə başlayandan bəri Yaxın Şərqdə qurduğu yanlış ittifaqlara görə çoxlu zərbələr alıb. Bu proseslər Rusiya üçün sonun başlanğıcı ola bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar