Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Karantin mövzusu birbaşa ölkə başçısının nəzarəti altındadır" - Qənirə Paşayeva

Millət vəkili vətəndaşları karantindən qorxmamağa çağırıb...

“Vətəndaşlarımızı karantindən qorxmamağa çağırıram”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, dünya ölkələri çox ağır vəziyyətlə üzləşiblər:

“Hətta bəzi ölkələr fövqəladə vəziyyət rejimi elan ediblər. Amma Azərbaycanda dövlətin, hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bu virus geniş yayılmayıb. Hazırda ölkəmizdə bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq. Dünyada, ayrı-ayrı ölkələrdə də fövqalədə tədbirlər həyata keçirilir, o cümlədən Avropa ölkələrinin bir çoxu hava uçuşlarını dayandırıb, sərhədləri bağlayıb. Azərbaycan da artıq bir çox ölkələrlə sərhədləri bağlayıb. Həmin ölkələrdə olan vətəndaşlarımızın gətirilməsi üçün tədbirlər davam etdirilir. Ölkəyə gələn vətəndaşlarımızın karantina alınması prosesi də uğurla aparılır. Belə qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu virusa yoluxanların sayı cəmi 25 nəfərdir. Onlardan artıq 7-si evə buraxılıb, digərlərinin də vəziyyəti ağır deyil”.

Millət vəkili qeyd edib ki, karantin məsələsinə çox ciddi nəzarət olunur: “Bu məsələ birbaşa ölkə başçısının nəzarəti altındadır. Yəni dövlət vətəndaşlarımız üçün bütün tədbirləri görür. Amma vətəndaşlarımız da bu məsələdə diqqətli olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməlidirlər. Birincisi, dezinformasiya xarakterli məlumatlara inanmaq olmaz. Cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək. İkincisi, gigiyena qaydalarına hər zamankından daha çox diqqət etməliyik. Çünki bu hava-damcı infeksiyasıdır. Gün ərzində əllərimizi yumalıyıq. Spirtdən tez-tez istifadə etmək də doğru deyil. Bunun üçün xüsusi sabunlar var. Yaxşı olar ki, onlara üstünlük verərək, dezinfeksiya tədbirlərini həyata keçirək. Ən əsası isə insanların çox olduğu qapalı məkanlardan uzaqda durmaq lazımdır. Bir müddət kütləvi tədbirlərə, yas, toy məclisləri ilə bağlı dövlətin qərarına əməl etmək lazımdır. Toy, yas, ad günü mərasimlərinin qadağan olunmasına insanlar yaxşı baxmalıdır. Çox ehtiyac yoxdursa, evdə oturmağa üstünlük verməlidirlər. Digər tərəfdən ictimai nəqliyyatdan istifadə edən insanlarımız gigiyenik qaydalara xüsusi diqqət yetirməlidir. Çünki ictimai nəqliyyatda xəstəliyin yayılma imkanları daha genişdir. Buna görə də insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar”.

Q.Paşayeva bildirib ki, eyni zamanda yaxınlarında, ailəsində koronavirusa yoluxmasından şübhələndiyiniz insanlar varsa, bunu gizlətməyə çalışmaq lazım deyil: “Çünki bunu etməklə həmin insanlar həm öz ailəsini, ətrafındakıları, həm də cəmiyyəti təhlükə altına atır. Ona görə də belə halla rastlaşanda mütləq, tibb ocağına, yaxud mütəxəssisə müraciət etmək lazımdır. Koronavirus aşkarlanmış insanlar müalicə olunmalıdır. Çünki bu günə qədər bu virusa yoluxanların əksəriyyəti müalicə olunub.

Azərbaycanda virusla bağlı ağırlaşmış vəziyyət müşahidə edilmir.

Ölkəmizdə virus əleyhinə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndiriıib. Ölkəmizdə virusdan qorunmaq üçün bütün vəsaitlər var. Xəstələrin müalicəsi üçün tələb olunan şərait ölkəmizdə ən yüksək səviyyədədir”.

Millət vəkili əhalini karantin sözündən qorxmamağa çağırıb: “Riskli ölkələrdən Azərbaycana gələnlər karantinə getməlidir. Bunu anlamaq lazımdır. Karantin ilk olaraq, həmin şəxsin özünə, sonra onun ailəsinə lazımdır. Xüsusi risk daşımayan ölkələrdən gələnlər də yoxlanılır, həmin şəxslərdə virus göstəriciləri olmadıqda onlar evə buraxılır. Ancaq həmin şəxslərlə də mütəmadi əlaqə saxlanılır, vəziyyətləri soruşulur. Biz çalışmalıyıq ki, özümüzü, ailəmizi, cəmiyyətimizi qoruyaq. Əgər insanlar fərdi şəkildə bunu etməkdə maraqlı olmasa, dövlət nə qədər tədbir görür-görsün bu məsələdə kifayət qədər nəticə əldə edə bilməyəcəyik. Bu gün Azərbaycan xəstəliyə yoluxanların sayına görə, ən yaxşı vəziyyətdə olan ölkələr sırasındadır. Bunu qorumaq lazımdır. Bu virusun artması ehtimalına qarşı birlikdə mübarizə aparmalıyıq.

Virusun dərmanı tapılmayıb, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Səhiyyəsi yüksək inkişaf etmiş Almaniya, İtaliya, Fransa, İspaniya və digər Avropa ölkələrində vəziyyət acınacaqlı haldadır. Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Ona görə də vətəndaşlarımız vəziyyətin ciddiliyini başa düşərək dövlətin gördüyü tədbirlərə dəstək verməlidir. İnsanların hər biri fərdi qaydada bu tədbirlərə öz töhfəsini verməlidir. Bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu və Səhiyyə komitələrinin də birgə keçirdiyi iclasında bu məsələləri 2 saat müzakirə etdik. Bütün suallar ətrafında geniş müzakirələr apardıq. İnsanlarımızda psixoloji panika yaranıb. Amma bu yolverilməzdir. Panika insanlara virusdan daha çox ziyan verə bilər. Məsələnin ciddiyyətini dərk edərək, sadəcə göstərilən tövsiyələrə əməl etmək kifayətdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar