Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus və Avropa Birliyi - Birlik üzvləri təhlükə qarşısında bir-birlərinə arxa çevirirlər...

Avropalıya cənnət vəd edən AB xəyalı hazırda kabusa çevrilib və koronavirus qarşısında Birlik adına heç bir həmrəylik yoxdur...

Ali Rıza Taşdelen

“Aydınlık” qəzeti, Türkiyə, 16 mart 2020-ci il

Keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya (bütün dünyaya yayılan epidemiya) olaraq qiymətləndirib və Avropanın koronavirusun mərkəzinə çevrildiyini açıqlayıb. Çin bütün gücü ilə epidemiyaya qarşı mübarizə apararkən Avropa çinlilərə lağ edərək, onların yarasa, it, pişik yediyini dedilər və bəlanə önləmək üçün elmi yanaşmadan uzaq mövqe göstəriblər. Belə görünürdü ki, qısa müddətdə dünyanı bürüyən təhlükədən Avropa Birliyi məsulları və hökümətləri xəbərdar deyilmişlər.

Pandemiyanın sürətllə İtaliyaya yayılması isə Avropanı təlaşa salıb. Lakin çox gec idi. Uzaqdan və səssizcə Çini izləyən Avropa liderləri eyni vecsizliklə İtaliyadakı faciəyə də laqeyd yanaşmaqdadırlar.

Neo-liberal AB İtaliyanı tək qoyub

Avropa məsulları virus Fransa, Almaniya və İspaniya daxil olmaqla, bütün qitəyə yayılmağa başladıqdan sonra təhlükəni başa düşüblər. Böyük bir çaxnaşma başlayıb. Lakin birlik ölkələr arasında hələ də bir həmrəylik yaranmayıb. Hər ölkə öz dərdinə düşüb. Almaniya profilaktik dərman vasitələrinin ixracını qadağan edib, Fransa isə öz xəstələri üçün ölkə daxilindəki bütün ehtiyatları ələ keçirib. Fransanın Yaşıllar partiyasının Avropa Parlamentindəki deputatı Yanik Cado dəvət edildiyi bir televiziya proqramında AB ölkələrini eqoizmdə günahlandırıb. Onun sözlərinə görə, bu ölkələr tibbi ləvazimatlar, dərmanlar, maskalardan İtaliya ilə ortaq şəkildə istifadə etməli və həmrəylik yaratmalı idilər.

Epidemiya qarşısında Qərb öz arasında həmrəylik yarada bilməyib. Həm AB ölkələri arasında, həm də ABŞ və AB arasında gömrüklər bağlanıb və uçuşlar ləğv edilib. Bu pandemiya sayəsində insan həyatını heçə sayan, ancaq mənfəət və maraqlarını düşünən və eqoist bir sistem olan neo-liberalizmin bir daha iflas etdiyini görürük.

Yenə Çin köməyə gəldi

Neo-liberal Avropa ölkələri İtaliyanı tək buraxdığı halda, dövlətçi və humanitar sistem tətbiq edən Çin Covid-19 epidemiyası ilə mübarizədə təcrübə qazanmış tibbi heyətini 31 ton tibbi avadanlıqla birlikdə İtaliyaya göndərib.

İtaliyanın Xarici İşlər naziri Luiqi Di Maio Çinin epidemiya ilə mübarizədə İtaliyaya tibbi mütəxəssislər və ləvazimatlar göndərdiyini təqdir etdiyini bildirib və: “Həmrəylik dediyimiz şey məhz budur”, deyə əlavə edib.

Dünya Səhiyyə Təşkilatının Baş katibi Dr. Tedros Adhanom Gebreyesus Çindəki sərt tədbirlərin işə yaradığını qeyd edib. Yəni Çin “mərkəzi dövlət” refleksi ilə bu epidemiyanı dəf edə bilib. Baş katib etiraf edir ki, Çin belə bir üsulla, yəni bütün dövlət mexanizminin daxil olduğu, kollektiv, koordinasiya edilmiş və əhatəli bir medotla epidemiyanın azaldıla biləcəyini göstərdi.

Kabusa çevrilən AB röyası

Rifah, həmrəylik, insan hüquqları və demokratiyanın mərkəzi olmaq iddiası ilə yola çıxan və aralarındakı sərhədləri ləğv edən AB ölkələri təhlükə hiss edən kimi öz aralarındakı sərhədləri belə bağlayıblar və Şengen Sazişini də praktiki olaraq kənara atıblar. Polşa, Slovakiya, Danimarka və Çexiya sərhədlərini tamamilə bağlayarkən, Avstriya və Macarıstan isə İtaliya ilə sərhədlərini bağlayıblar. Fransa Prezidenti Emmanuel Makron da AB sərhədlərinin tamamilə bağlanmasını gündəmə gətirib.

Ölüm halları artdıqca panikaya düşən Avropa ölkələri öz maraqlarına uyğun tədbirlər görməyə başlayıblar. İspaniya fövqəladə vəziyyət elan edib. Baş nazir Pedro Sançez əhalinin məcburi qalmadıqca gəzməməsi və küçəyə çıxmaması üçün çağırış edib. Başda Fransa olmaqla 7 AB ölkəsi uşaq bağçalarından universitetlərə qədər bütün məktəbləri bağlayıb. Bütün idman fəaliyyətləri dayandırılıb. 100 nəfərdən çox insanın iştirak etdiyi bütün görüşlər qadağan edilib, konsertlər və muzey ziyarətləri də ləğv edilib. Fransanın Baş naziri Eduard Filip şənbə günü saat 12:00-dan etibarən kafe, bar, diskoteka və restoranlarla birlikdə, ərzaq mağazaları və yanacaqdoldurma məntəqələri kimi məcburi ehtiyacların satıldığı ticarət müəssisələri istisna olmaqla, qalan bütün müəssisələrin bağlanmasına qərar verildiyini elan edib.

Almaniya kansleri Angela Merkel Almaniyanın 60%-nın koronavirusa yoluxması ehtimalı olduğunu, İngiltərə Baş naziri Boris Conson da İngiltərədəki bir çox ailələrin yaxınlarını vaxtından əvvəl itirəcəyini bildirib. Fransa prezidenti isə: “Yaşlıları ziyarət etməyin”, deyə çağırış edib. Avropalıya cənnət vəd edən AB xəyalı hazırda kabusa çevrilib.

Burada əsas məsələ insan həyatıdır. Ümid edirik ki, bu fəlakət Avropa liderlərinin ağlını başına gətirər və həm öz vətəndaşlarını qoruyar, həm də AB ölkələri arasında həmrəylik yaradarlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar