Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada koronavirusun yayılması fonunda bələdiyyə seçkiləri keçiriləcək

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün ictimai məkanlar bağlansa da, bələdiyyə seçkilərinin ilk turu keçiriləcək...

“Report” “TASS”a istinadən xəbər verir ki, seçkinin baş tutacağı prezident Emmanuel Makronun xalqa müraciəti zamanı təsdiqlənib. O, bildirib ki, COVID-19-un yayılmasını məhdudlaşdırmaq üçün hökumət seçki günü əlavə qoruyucu tədbirlər görüb.

Bir neçə seçki məntəqəsini yoxlayan Fransanın daxili işlər naziri Kristof Kastaner seçkilərin etibarlı şəraitdə keçirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, seçki məntəqələrində antiseptik gel qabları quraşdırılacaq və səsverməyə gələn seçicilər öz qələmlərini gətirməlidirlər.

Qeyd edək ki, Fransada bələdiyyə seçkiləri martın 15-də və 22-də iki turda keçiriləcək. Lakin, ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Belə ki, bir gün ərzində ölkədə 800 yoluxma və 18 yeni ölüm halı qeydə alınıb.

Fransada yoluxanların ümumi sayı 3 661-ə, ölənlər isə 91-ə çatıb. Ölkədə 72 saat ərzində koronavirusa yoluxanların sayı iki dəfə artdığı üçün epidemiyanın 3-cü mərhələsinə keçid elan edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar