Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

AKP-dən daha 2 partiya doğuldu: Onlar siyasi mənzərəni necə dəyişəcəklər?

Araşdırma şirkətlərinin rəhbərləri Davudoğlu və Babacanın qurduğu partiyaların Türkiyədəki siyasi vəziyyətə olan təsirini şərh ediblər...

Abdulhakim Günaydın

“The Independent” qəzeti, Türkiyə, 12 mart 2020-ci il

Tədqiqatçılar yeni partiyaların “Cümhuriyyət İttifaqı”na az-çox təsir edəcəyinə inanırlar.

AKP-dən istefa edən keçmiş Baş nazir Əhməd Davutoğlunun rəhbərliyi ilə Gələcək Partiyasının qurulmasından sonra ikinci bir partiya daha qurulub.

Uzun müddətdir partiya quruculuğu ilə məşğul olan keçmiş Baş nazir müavini və İqtisadiyyat naziri Əli Babacan da öz partiyasını qurub və partiyanın tqnıtımını edib.

11-ci prezident Abdullah Gülün dəstəyi və Babacanın rəhbərliyi ilə qurulan Demokratiya və İnkişaf Partiyası (DEVA) ilə AKP-dən qopan 2-ci partiya oldu.

Tədqiqat şirkətlərinin rəhbərləri əvvəllər AKP-də aktiv rol oynamış Davudoğlu və Babacan tərəfindən qurulan partiyaların “Cümhuriyyət İttifaqı”na az-çox təsir göstərəcəyini düşünürlər.

“A&G” Araşdırma Şirkətinin baş direktoru Adil Gür, “Metropoll” Araşdırma Mərkəzinin sahibi Özer Sencar, Aksoy Pazar və İctimaiyyət Araşdırma Şirkətinin sahibi Ertan Aksoy və Səyyar Araşdırma Mərkəzinin qurucusu Murat Gezici yeni partiyaların Türkiyədəki siyasi vəziyyətə olan təsirini “Independent Türkcə”yə şərh edib.

Gür: “Yeni partiyaların AKP qədər CHP və İyi Partiyasından da elektoratı var”.

Yeni qurulan partiyaların səs nisbətini indidən bilməyin mümkün olmadığını, 1,5 % və ya 15 %-də olsa belə Türkiyədəki siyasi tarazlıqları dəyişdirəcəyini bildirən Gür yeni hökumət sistemində qalib gəlmək üçün 50%+1 nisbətinin vacib olduğunu və 49,9%-lə 0,9 arasında bir fərq olmadığını söyləyib.

Gür bildirir: “Daha açıq desək, Əli Babacana səs vermək istəyənlər təkcə AKP-dən deyil və ya Səadət Partiyasından deyil. Babacana səs vermək istəyənlər içində AKP-li qədər, CHP, İyi Partiyası və digər partiyalardan olan seçicilər də var”.

Yeni yaranan partiyaların “Millət İttifaqı”nda olmayacağını və üçüncü bir ittifaq axtarışına yönələcəklərini ifadə edən Gür deyib: “İlk baxışdan bele bir şey yaranır. Yeni qurulan hər bir partiya “Cümhuriyyət İttifaqı”ndan bir parça alır, “Millət İttifaqı” qalib gəlir” anlayışı yaradır. Mən isə belə düşünmürəm. Səadət, Gələcək və DEVA partiyaları, hətta İyi Partiyası da Cümhuriyyət İttifaqı xaricində yeni bir üçüncü ittifaq ortaya çıxa bilər. Qarşıdakı seçkilərdə bu üçüncü ittifaq seçkilərin taleyini müəyyən edəcək. Başqa sözlə, üçüncü ittifaqla yol gedəm qalib gələr”.

Sencar: “İki partiyanın elektoratının 40%-ni AKP seçicilərini təşkil edir”.

Siyasi mənzərənin kimin lehinə dəyişəcəyini demək üçün hələ çox tez olduğunu qeyd edən Sencar Davudoğlu liderliyindəki Gələcək Partiyasının Türkiyədə bir siyasi dəyişiklik yaratmadığını söyləyib.

Sencar apardığı araşdırmalara və rəy sorğusuna görə, həm Gələcək Partiyası, həm də Demokratiya və İnkişaf Partiyası öz dəstəyinin 40%-ni AKP-dən aldığını deyib və əlavə edib:

“İki partiyanın da elektoratının 60%-ni digər partiyaların seçicilərindən, qalanlarını isə AKP seçicilərindəndir, Hələlik sözügedən partiyalarla bağlı detalları proqnoz vermək üçün çox tezdir. Buna qarşıdakı proseslərdə apardığımız araşdırmalar əsasında qərar verəcəyik. Ancaq ilk təəssüratım budur ki, bu iki partiyanın siyasi səhnəyə heç bir təsirləri olmayacaq”.

Aksoy: “Partiyalar “Cümhuriyyət” İttifaqının səs nisbətini azaldacaq”.

Gələcək və DEVA partiyalarının AKP üçün mənfi, “Millət İttifaqı” üçünsə müsbət vəziyyət yaradacağını bildirən Aksoy qeyd edir ki, iki partiyanın da əsas hədəf kütləsi ayrıldıqları siyasi quruluşdur.

Onların əsas ortaq xüsusiyyətlərinin lider partiyalar olduğunu və hər iki liderin yaxın keçmişdə AKP-də mühüm rol oynadığını xatırladan Aksoy: “Partiyalar, əsasən AKP bazasından bəslənəcəklər. İyi Partiyası qurulan vaxtı bəzi CHP seçiciləri Akşenerə səs verməyi üstün tutmuşdular. Çünki Akşener daha çox mərkəzçi siyasətin içindədir. Ancaq sözügedən yeni liderlər AKP-nin keçmişdə önəmli kadrları olduğu üçün CHP-dən çox səs alacağını düşünmürəm”, deyib.

İki fərqli auditoriyaya sahib liderlərdən biri olan Davudoğlunun daha çox milliyətçi və mühafizəkar seçicini hədəf aldığını, Babacanın isə intellektual, orta və yüksək gəlirli qrupa məxsus AKP-li seçicilərə üstünlük verəcəyini söyləyən Aksoy əlavə edir:

“Əlbəttə ki, onlar, “biz hər kəsdən səs gözləyirik” deyəcəklər, amma bizim gördüyümüz vəziyyət budur. Millət İttifaqı blokuna keçəcəklərini demək çətindir, lakin Cümhuriyyət İttifaqının səslərini azaldacaqlar. Başqa sözlə, “Cümhuriyyət” İttifaqının qarşısına daha güclü bir blok çıxmasına səbəb olacaq iki partiya gəlir”.

Gezici: “Gündəmdə koronavirus varkən, partiya qurmaq olarm?”

Gezici Davudoğlu kimi Gülün dəstəklədiyi Babacanın da xalqdan gözlənilən marağı və dəstəyi ala bilmədiyini iddia edir.

Maraq görməməsinin səbəbini apardığı səhv strategiyada görən Gezici: “İqtisadiyyatı yaxşı başa düşən və beynəlxalq iqtisadiyyatı da yaxşı tanıdığını deyən hörmətli nazirimiz koronavirusun gündəmdə olduğunu bir həftədə öz partiyasını qurub və mətbuat konfransı keçirib. Bu, səhv strategiyadır. Ən azı koronavirus dünya və ölkə gündəmindən düşdükdən bunu sonra edə bilərdi. Bu, ən böyük səhvdir. Ciddi vəzifələrdə çalışmış olmasına baxmayaraq, səhv strategiyalar və kampaniyalar həyata keçirdiyini görürük”.

Heç bir uğur hekayəsi olmayan Babacanın təvazökarlığının, sakitliyinin və mədəniyyətinin siyasi rəhbərlik profilində çox aşağı səviyyədə göründüyünü ifadə edən Gezici cəmiyyətin daha çox stola yumruğunu vuran, liderlik edən və inananları arxasınca apara bilən bir şəxs axtardığını bildirib.

Babacanın AKP-dən istefa etməsindən sonra cəmiyyətdəki reaksiyalara heç bir müsbət və ya mənfi rəy vermədiyi üçün geridə qaldığını deyən Gezici belə bir qiymətləndirmə edib:

“Bənzər vəziyyət Davudoğluna da aiddir. Xalqın, mühafizəkarların, dindarların və xüsusilə, kürdlərin 70%-nin hələ də prezident Ərdoğanı lider kimi qəbul etdikləri açıq-aydın görünür. Sözügedən şəxslər və partiyalar qısa zamanda yox ola bilərlər. Bunun əsas səbəblərindən biri də odur ki, onlar 2 və ya 3 il əvvəl bir siyasi partiya qursaydılar, bu rəqəmlər 15-20% nisbətində qala bilərdi. Lakin İyi Partiyası daha tez hərəkətə keçərək bu boşluğu doldurub”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? - Polis qurumları şərh etdi

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

loading...

Ən çox oxunanalar