Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BB+" səviyyəsində təsdiqləyib

"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin təmin edilməmiş avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqinin "BB+" səviyyəsində təsdiqləyib...

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin proqnozu "stabil" olaraq təsdiqlənib. Reytinq ödəmə müddəti olan 2026-cı ildə olan Azərbaycan tərəfindən tam zəmanət verilən 2 mlrd. ABŞ dolları həcmində avrobondlara olan dəyişməyən proqnozu əks etdirir.

Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün Azərbaycan Prezidenti 29 oktyabr 2013-cü il tarixində "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (SD2), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (SCPX), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb. Prezidenti 25 fevral 2014-cü il tarixində sözügedən layihələr üzrə dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. QSC dövlət (İqtisadiyyat Nazirliyi – 51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın layihələr üzrə bütün iştirak payları QSC-yə ötürülüb və bu payların maliyyələşdirilməsi QSC tərəfindən həyata keçirilir ("Şahdəniz" və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulub). QSC adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar