Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın iclası başa çatdı – Partiyanın tapşırıqları deputatlara çatdırıldı... Yeniləndi

YAP Siyasi Şurasının "çox vacib" iclası az əvvəl başa çatıb...

Bildirilir ki, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib. İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

***

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. "Report"un xəbərinə görə, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.

***

Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova maraqlı açıqlama verib. Spiker deputatlara təklif edib ki, fasiləsiz işləyib müzakirələri tez yekunlaşdırmaq lazımdır, çünki saat 15:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) “çox vacib” toplantısı var. Hakim partiyada spikerin də tribunadan səsləndirdiyi "çox vacib" toplantında hansı məsələlər müzakirəyə çıxarıla bilər?

Müşahidəçilərin ehtimallarına görə, YAP konstitusiya referendumu təşəbbüsü ilə çıxış edə bilər. Artıq bir müddətdir siyasi kuluarlarda bu barədə müzakirələr aparılır. Qeyd olunur ki, hakimiyyət siyasi idarəçilikdə ciddi dəyişikliklər aparmaqda maraqlıdır. Proporsional və ya qarışıq seçki siteminin bəra olunması, Nazirlər Kabinetinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, habelə yerli özünüidarəetmənin gücləndirilməsini nəzərdə tutan dəyişikliklər təklif oluna bilər. Bununla yanaşı Prezidentin səlahiyyətinin azaldılması, parlament çoxluğunun formalaşdıracağı hökumətin yaradılmasının konstitusion əsaslarının səsverməyə çıxarılması mümkündür.

Xatırladaq ki, bu gün Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı da Azərbaycanda konstitusiya referendumunun keçirilməsinin vacib olduğunu bildirib. Siyasi müşahidəçilərə deputatın öz təşəbbüsü ilə danışmadığı məlumdur. Ehtimal etmək olar ki, YAP-ın fövqəladə toplantsında bu barədə geniş müzakirəlrər aparıla bilər.(azpolitika.info)

pia.az


Etiket: YAP iclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar