Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq XİN: İŞİD ailəsindən olan daha 112 uşaq Azərbaycana göndərilib    

İraqda qalan daha 112 azərbaycanlı uşaq Azərbaycana göndərilib...

 

Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 112 uşaq Azərbaycan Respublikasına deportasiya edilib. Deportasiya prosesində İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, Azərbaycan səfirliyinin nümayəndələri və İraq XİN-in Protokol şöbəsinin nümayəndələri iştirak edib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisinin sözlərinə görə, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 940-a çatıb ki, bu uşaqların 248-i azərbaycanlıdır.

O qeyd edib ki, bu məsələdə Azərbaycan XİN və Azərbaycanın İraqdakı səfirliyi ilə davamlı əməkdaşlıq edirlər.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraqSuriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.(apa)

pia.az


Etiket: İraq XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar