Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus bizə hansı gələcəkdən xəbər verir?

Korona gələcəyin xəbərçisidir - Yeni sistemlər, yeni iqtisadi modellər gəlir...

İbrahim Karagül

“Yeni Şafak” qəzeti, Türkiyə, 11 mart 2020-ci il

Problem epidemiyadır, yoxsa çaxnaşma? Yoxsa başqa qorxular da var? Yeni iqtisadi modellər, yeni siyasi sistemlər, yeni cəmiyyət modelləri və yeni bir dünya nizamı gələ bilərmi?

Koronavirus artıq xəstəlik deyil, bir virus epidemiyasıdır və qorxu dalğasına çaxnaşmaya, dağıdıcı bir fırtınaya çevrilir.

Xəstəlik nəzarət altına alınır və alınacaq da. Ancaq bu qorxu və çaxnaşma insanları, icmaları və dövlətləri anormal davranışlara və tədbirlərə sövq edir.

Hökümətlərin davranışlarında epidemiyanın qarşısını almaqdan əlavə, yeni bir sosial nizam əlamətləri görürük.

Ölkələr, şəhərlər çökür, həyat tərzi dəyişir

Bundan, sanki, bir müharibə metodu, qisas vasitəsi və ölkələri çökdürən hücum taktikası kimi istifadə edilir. Bu da o deməkdir ki, sağlamlıq problemi olmaqdan əlavə, yeni bir məsələ ilə də üz-üzə qalacağıq.

Ölkələr çökür, şəhərlər dağılır, ticarət və sənaye zəifləyir. Məktəblər bağlanır. Kollektiv toplantılar dayandırılır. Bu günə qədərki həyat tərzimiz dəyişir. Bir-birimizlə münasibətimiz, davranış tərzimiz dəyişir və güvən itir. Birlikdə yaşamaq arzumuz, iradəmiz, bacarıqlarımız iflasa uğrayır. Bir sözlə, sosial sahə ağır zərbələr altında qalır.

Xəstəliyin səbəb olduğu çaxnaşma, kapitalizm, sərbəst bazar iqtisadiyyatı və Qərbin həyat tərzi də şübhə altına düşəcək.

Ən əsası isə həyatın bütün sahələrində azadlıq sahəsi daralır: gündəlik insan davranışından siyasi vərdişlərə qədər. Koronavirus hər birimiz üçün yeni bir həyat tərzi yaradır.

İran Əfqanıstandan Livana qədər xəstəlik daşıyır

İran virus ucbatından iflic olub. Hər nə qədər “sarsılmaz” kimi görünmək istəsələr də, məktəblər tətildədir, türbələr bağlanır, cümə namazı qılınmır və şəhərlər epidemiyaya məruz qalır.

Xameneinin qohumları, millət vəkilləri ölüb, hətta Novruz bayramı ilə bağlı çıxışı da ləğv edilib. Ölənlərin sayının açıqlanandan daha çox olduğu deyilir.

Əfqanıstanda, İranda, İraqda, Suriyada və Livanda İrandan gələn xaricilərin sayı çoxdur və bu da xəstəliyi bütün ölkələrə daşıyır.

Virusun vətəni olan Çin bir neçə həftədir karantin altındadır. Şəhərlər təslim olub, ticarət və istehsal isə demək olar ki, dayanıb. ABŞ-ı üstələyəcəyi gözlənilən Çin iqtisadiyyatı sürətlə çökür.

Mərkəzi dövlət sisteminin sərt nəzarəti, bəlkə də, yayılmanın qarşısını ala bilib. Lakin Çində açıqlanan məlumatlar və faktlar arasında bir boşluq olduğuna dair ciddi şübhələr var.

İtaliya təslim oldu

Bütün İtaliya karantin altına alınıb, ölkə təslim olub. İnsanları evlərini tərk etməməyə çağırırlar. Məktəblər bağlanıb, turizm çöküb, şəhərlər boşalıb, bütün kollektiv fəaliyyətlər ləğv edilib.

Virus yayıldığına görə İtaliya ilk “təslim olan” ölkə idi. İtaliyadakı vəziyyətin bir bənzərinin İspaniya kimi Cənubi Avropa ölkələrində də olacağı gözlənilir.

Qlobal ticarət müharibələri koronavirusa görə yeni bir dövrə qədəm qoydu. Epidemiya səbəbiylə təkcə istehsal yox, səyahət və turizm də dayandı. Təhsil və mədəniyyət fəaliyyətləri də dayandırılıb.

Neft zəlzələsi hələlik ilk örnəkdir

Bu baxımdan neft və enerji balansı da pozulur. Rusiya, ABŞSəudiyyə Ərəbistanı arasındakı mübahisə anlaşmazlıq neftin qiymətini yarıya endirib, birjalar və bazarlar çöküb.

Neftdən sonra hansı digər sahələrdə çöküş baş verəcək? Ölkələr bir-birlərinə qarşı hansı silahlardan istifadə edə bilərlər? Fövqəladə vəziyyətlərdə həmrəylik əvəzinə, özünü qorumaq səylərinin önə çıxması bir çox ölkələri üz-üzə gətirə bilər.

Vəliəhd xəstəliyi fürsət bildi, kənarlaşdırma işlərinə başladı

Bölgədə Səudiyyə Ərəbistanı və daha sonra Misirin xəstəliyin mərkəzinə çevriləcəyi iddia edilir. Körfəz ölkələri, xüsusən Birləşmiş Ərəb Əmirlikləri də bu çərçivədə qiymətləndirilir.

Ancaq bu ölkələr bunu xəstəliyə qarşı yox, siyasi məqsədlər üçün fürsətə çevirirlər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Səlman koronavirusu bəhanə edərək demək olar ki, ölkəni hərbi vəziyyətə saldı. Rəqiblərini kənarlaşdırmağa və həbs etməyə başlayıb. Koronavirusu təmizləmək bəhanəsi ilə Kəbəyə girişi dayandırıb, məktəbləri tətil edib və sistem kilidlənib. Təbii ki, bu da nəzarəti asanlaşdırır.

Gələcəyin xəbərçisi: Yeni sistemlər, yeni iqtisadi modellər

Bir çox ölkələrdə də vəziyyət buna oxşardır. Koronanın yaratdığı psixoloji atmosferdən istifadə edilir. Onsuz da beynəlxalq sistem deyə bir şey qalmamışdı. İndi isə tamamilə kilidlənib.

Təklifim koronadan sonrasını düşünməkdir: yeni siyasi, sosial və mədəni meyilləri ölçə bilmək, yeni həyat tərzi haqqında düşünmək və yeni sosial sahələr araşdırmaq.

Sanki, yeni cəmiyyət və siyasi modelləri, fərdi münasibətlər, həssaslıqlar, hətta yeni siyasi-iqtisadi sistemlər formalaşacaq.

Korona gələcəyin xəbərçisidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar