Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ əlili icra hakimiyyətinin qarşısında avtomobilini yandırdı - Foto, Video

Bu gün səhər saatlarında əlil vətəndaş Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında "Tavriya" markalı avtomobilinə od vuraraq yandırıb...

7news.az hadisə ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin Probasiya şöbəsinin böyük icra məmuru Zaur Rəfiyevin verdiyi məlumatda qurumun sözügedən məsələ barəsində xəbərdar olduğu bildirilib:

"Həmin şəxsin avtomobilini nə səbəbə yandırdığı haqqında məlumatsızıq".

İcra məmurunun verdiyi açıqlamada həmçinin bildirilir ki, avtomobilini yandıran şəxsin İcra Hakimiyyətində qanunsuz tikilisinin sökülməsi ilə bağlı icra işi olub. İcra tədbiri müəyyən olunaraq qanunsuz tikili sökülüb:

"Avtomobilini yandıran şəxs Orucov Əmir Duman oğludur. Şəki Apellyasiya məhkəməsinin qətnaməsi əsasında həmin tikilinin sökülməsi icra olunub. Həmin şəxs özü də həmin tədbirdə iştirak edib, ərizəsi ilə sökülməyə qarşı etirazını bildirməyib. Səhər isə belə bir hadisə ilə qarşılaşmışıq".

Qeyd edək ki, əraziyə gələn yanğınsöndürmə birqadası və polis əməkdaşlarının köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil tamamilə yarasız hala düşüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar