Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada 14 hektar meyvə bağı yandı - Foto

Qubada meyvə bağında yanğın baş verib...

Bu barədə DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Məlumata görə, mart ayının 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndinin yaxınlığında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

Daxil olan məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıblar.

Rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 hektara yaxın ərazidə meyvə bağı, kol-kos və quru otlar yanaraq məhv olub.

Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-in yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklərlə üzləşiblər.

Bu zaman Quba RPŞ-nin əməkdaşları dərhal baş verən yanğın hadisələrinə operativ şəkildə reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən, fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Hadisələr nəticəsində xəsarət alan olmayıb, yanğınların başvermə səbəbləri araşdırılır.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də, bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar və həmin hadisə qanuna müvafiq araşdırılır.

Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar