Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkilərinə xarici müdaxilə - İsrail yəhudi Sandersi niyə qaralayır?

Demokratlar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan 2 şəxsdən biri olan senator Sandersə qarşı şiddətli bir qaralama kampaniyası aparılır...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 10 mart 2020-ci il

ABŞ prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Tramp Respublika cəbhəsinin namizədi kimi səhnədədir. Demokrat cəbhədə isə Trampın qarşısına çıxmaq üçün 30-a yaxın şəxs namizədliyini elan edib. Bu şəxslər isə yalnız 3-ü səhnədə qala bildi: Obamanın vitse-prezidenti olmuş Co Bayden, senat Berni Sanders və konqres üzvü Tulsi Qabbard.

Demokratların cəbhəsində Bayden və Sanders yarışır. Elə görünür ki, Trampın qarşısına Bayden və ya Sanders çıxacaq. Ştatlarda ilk seçkilər davam edir və Bayden Sandersdən bir qədər qabaqda görünür. Ancaq bu, hələ Bayden üçün qələbə, Sanders üçünsə məğlubiyyət deyil. Yarışdan çıxarılan bəzi şəxslər, o cümlədən Kamala Harris, Emi Klobuçar və milyarder iş adamı Maykl Bloomberq Baydeni dəstəklədiklərini açıqlayıblar.

Co Bayden Demokratların əsas qanadını təmsil edir. Sanders isə partiyanın “Demokratik sol” qanadlarına xitab edir. 78 yaşında olmasına baxmayaraq, Sandersə qarşı gənc nəsildən dəstək gəlir. Partiyanın əsas rəhbərliyi isə 77 yaşlı Baydenin tərəfindədir. Yəhudi seçicilərin, habelə Afrika, Asiya və ispan amerikalıların böyük əksəriyyəti Demokratlara səs verirlər. Bu kəsimdən olan gənclər isə Sandersin prezident olmasını istəyirlər. ABŞ-da qaradərili hüquqları üzrə fəal olan, keçmiş prezident namizədi Cesi Cekson da əzilən bütün kəsimlərə görə Sandersi dəstəklədiyini bildirib.

Tramp əvvəllər heç bir ABŞ prezidentinin etmədiyini etdiyini və İsrailə tam dəstək oldğöunu dilə gətirərək yəhudi seçicilərin Respublikaçılara səs vermələrini tələb edib. “İsrail Lobbisi”nin Netanyahuya dəstək verən qanadları ilə yanaşı, “Xristian-Sionist Evangelist”lər də Trampa dəstək verməyə çağırışlar edirlər. Amerikalı yəhudilərin böyük əksəriyyəti isə ənənəvi münasibətlərini, görünür ki, dəyişə bilməyəcəklər. İsrailin və Tramp administrasiyasının Fələstin siyasətini tənqid edən Sanders, eyni zamanda, bir yəhudi ailəsindəndir.

Demokratlar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan 2 şəxsdən biri olan senat Sandersə qarşı şiddətli bir qaralama kampaniyası aparılır. Xristian-Sionistlər və Netanyahunu dəstəkləyən Lobbinin qanadları bu kampaniyaların aparıcı qüvvəsidir. Bu dairələr Somali və Fələstin mənşəli olan Demokrat qadın millət vəkilləri İlhan Ömər və Rəşidə Tlaybın Sandersi dəstəklədiyini gündəmdə saxlamağa çalışırlar. İsraili narahat edən çıxışlarına görə bu qadın millət vəkilləri Respublikaçıların, İsrail Lobbisinin və Xristian-Sionist dairələrin hər zaman hədəfində olublar.

Netanyahunu irqçilikdə günahlandıran Sanders ABŞ-ın ən təsirli yəhudi lobbisi olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) bu ayın əvvəlində baş tutan konfransını boykot edib. AIPAC-ın konfranslarında iştirak etmək 2 partiyanın namizədləri üçün referans kimi qiymətləndirilib. Sanders AIPAC-ı fələstinlilərin hüquqlarını diqqətə almayan, xain bir zəmin hazırlamaqda günahlandırıb. Sandersə görə, AIPAC İsrail sağının və Netanyahunun davamçısı halına gəlib.

Digər tərəfdən, AIPAC Sandersin münasibətini utanc verici olaraq xarakterizə edib. Amerikalılar kənardan gələn siyasi müdaxilələrə həssas olduqları üçün Netanyahu Sandersin ittihamlarını doğru hesab etmədiyini bildirməklə kifayətlənib. AIPAC-ın konfransında çıxış edən İsrailin BMT-dəki səfiri Denni Denon isə Sandersi təhqiramiz sözlərlə hədəfə alıb. Heç kim Denonun Netanyahudan xəbərsiz danışdığına inanmır.

“Amerikanın ən məşhur ravvini” kimi tanınan Şmuley Botiç radikal sağ media orqanı olan “Breitbart News”a yazdığı məqaləsində Sandersin fələstinliləri dəstəkləməsini tənqid edib. Botiç Sandersin İsrailə, Amerika tərəfdarlarına və yəhudi xalqına açıq düşmən olan anti-yəhudi əleyhdarları ilə əməkdaşlıq etdiyini iddia edib.

AIPAC-ın 2020-ci il Konfransında yalnız Demokrat namizəd Maykl Blomberq iştirak edib. Bu, AIPAC-ın zəifləməyə başladığının göstəricisidir. Demokratik namizədlər, əsasən, Demokrat Partiyasına yaxın olan “J-Street” qrupunun konfranslarında iştirak ediblər. Netanyahu və onun tərəfdarları isə Sandersin itkisini səbrsizliklə gözləyirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar