Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dibə enən neft qiymətlərinin Azərbaycana təsirləri... - Müsahibə

İqtisadçı-ekspert: “Neftin qiyməti uzunmüddətli aşağı qalarsa, bu Azərbaycan üçün ciddi problemlər yarada bilər”..

“Əgər koronavirusun yaratdığı problemlər olmasaydı və neftin qiyməti Rusiya-Səudiyyə Ərəbistanı arasında olan anlaşılmamazlıqdan sonra düşsəydi qısa müddətdə qiymətlərin sabitləşəcəyini gözləmək olardı. Amma indiki halda koronavirusun daha da yayılması prosesləri proqnoz etməyi bir qədər də çətinləşdirir”.

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyev neftin qiymətinin kəskin dqşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə danışarkən PİA.az-a müsahibəsində söyləyib.

Qeyd edək ki, keçən həftə OPEK+ ölkələri arasında, xüsusilə də RusiyaSəudiyyə Ərəbistanı arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndiririb.

Məlumdur ki, neftin qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatlarına təsirsiz ötüşməyəcək. Azərbaycanda neftin qiyməti Dövlət Büdcəsində 1 barelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni, neftin qiymətinin 1 barelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13.5 mln dollar az gəlir əldə etməsinə səbəb olacaq.

RusiyaSəudiyyə Ərəbistanı arasında olan neft anlaşmamasını və bunun Azərbaycana təsirləri ilə bağlı PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevlə qısa müsahibə edib.

Azər Mehtiyev: “Qiymətlərin kəskin aşağı düşməsi neftə olan tələbatın azalması fonunda dünya ticarətinə böyük zərbə vura bilər”.

PİA.az iqtisadçı-ekspert Azər Mehtiyevlə olan müsahibəni oxucularının diqqətinə çatdırır.

- Azər bəy, bir çox təhlilçi mərkəzlər neftin qiymətinin 1 barelinin 20 dollara qədər düşəcəyini proqnozlaşdırırlar. Sizin fikrinizcə Səydiyyə Ərəbistanının Rusiyaya qarşı başlatdığı “qiymət müharibəsi” neft qiymətlərini haraya qədər enməsinə yol aça bilər?

- Əslində proqnoz vermək çox çətindir. Neftin qiymətinin 20 dollar və ondan aşağı düşəcəyini söyləyənlər də var. Ancaq eyni zamanda qısa müddətdən sonra neftinin qiymətinin yenə 40 dollardan yuxarı olacağını söyləyənlər də var. Proseslərin gedişindən demək olar ki, neftin qiyməti koronavirus epidemiyasının yayılmasından asılı olacaq. Belə ki, koronavirus artıq Çin iqtisadiyyatında elə bir vəziyyət yaradıb ki, orada artıq neftə olan tələbatən kəskin azalması baş verir. Həmçinin İranda vəziyyət çox ağırdır. Bu epidemiyanın yayılma dərəcəsi getdikcə neftə olan tələbatın azalmasına gətirib çıxaran amildir.

Azər Mehtiyev: “Əhali hökumətin onları qoruyacağına əmin deyil və bu cür hallar ciddi panikaya səbəb olur”.

Rusiyanın Səudiyyə Ərəbistanı ilə anlaşmaması təklifin artmasına gətirib çıxaran amildir. Bütün bunlar təbii ki, qiymətlərin surətlə aşağı düşməsi deməkdir. Amma bu gündən neftin qiymətində müəyyən yüksəlmələr oldu. O da nəzərə alınmalıdır ki, neftin indiki qiyməti may, iyun ayında olan qiymətlərdir. Buna görə də proseslərin gedişini proqnoz etmək xeyli çətindir.

Əgər koronavirusun yaratdığı problemlər olmasaydı və neftin qiyməti Rusiya-Səudiyyə Ərəbistanı arasında olan anlaşılmamazlıqdan sonra düşsəydi, qısa müddətdə qiymətlərin sabitləşəcəyini gözləmək olardı. Amma indiki halda koronavirusun daha da yayılması prosesləri proqnoz etməyi bir qədər də çətinləşdirir.

- Bu “müharibədən” Azərbaycan nə qədər ziyan görə bilər? Ümumiyyətlə Azərbaycanın ehtiyyatları ölkəmizin bu “müharibədən salamat çıxmasına” zəmin yaradırmı?

- Azərbaycanın vəziyyəti bir qədər fərqlidir. Çünki Azərbaycan neft gəlirlərindən asılı olan ölkədir. Bir neçə il əvvəl də neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan böhran yaşandı. Bu baxımdan neftin qiymətinin aşağı düşməsinin Azərbaycan üçün müxtəlif təsirləri ola bilər. İlkin təsir isə gəlirlərin azalması formasında özünü göstərəcək.

Məlumdur ki, ölkənin valyuta ehtiyyatları qısamüddətli də olsa, özünü saxlamağa imkan verir. Lakin burada önəmli amil əhalinin nə dərəcədə panikaya düşüb düşməməsindən asılıdır. Çünki 2015-ci ildə hökumətin davranışları əhalinin yadından çıxmayıb. Buna görə də əhali hökumətin onları qoruyacağına əmin deyil və bu cür hallar ciddi panikaya səbəb olur.

Azər Mehtiyev: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda büdcənin dəyişməsinə gətirib çıxara bilər”.

Bilirik ki, ölkədə banklara qoyulan əmanətlərin sığortalanması müddəti martın 4-də bitdi. Bu müddətin uzadılmaması banklar üçün ciddi problemlər yaratdı. Müqavilə müddəti başa çatdığına görə inanlar əmanətlərini tələb edirdi. Əhalinin kütləvi şəkildə əmanətlərini tələb etməsi və bunu dollara çevirmək istəyi ölkə üçün ciddi problemlər yarada bilər.

Eyni zamanda neftin qiyməti uzunmüddətli aşağı qalarsa, bu Azərbaycan üçün ciddi problemlər yarada bilər. Həm də neftin qiymətinin aşağı düşməsi büdcənin dəyişməsinə də gətirib çıxara bilər.

- Aşağı neft qiymətləri dünyada qlobal iqtisadi böhrana səbəb ola bilərmi?

- Təbii ki, neft ticarəti dünya ticarətinin mühum bir hissəsini təşkil edir. Qiymətlərin kəskin aşağı düşməsi neftə olan tələbatın azalması fonunda dünya ticarətinə böyük zərbə vura bilər. Amma o da məlumdur ki, bu cür böhranlar adətən birtərəfli olmur. Onlar eyni zamanda digər sahələrin inkişafına və yaxud böhranına təkan verir. Amma neftdən asılı olan ölkələrə bu cür böhran çox təsir edir. Neftdən asılı olmayan ölkələr isə bu cür böhranda inkişaf edirlər.

Onu da deyim ki, neftin qiymətinin düşməsi iqtisadi artıma təsir edə bilər. Çünki bütövlükdə neftin qiymətinin aşağı düşməsi nəticə etibarı ilə iqtisadi artımı stimullaşdıran amil kimi çıxış edir.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar