Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Səudiyyə Ərəbistanının neft müharibəsi - Kimlər qazanacaq, kimlər itirəcək..

Rusiya və Səudiyyə Ərəbistanı arasında anlaşma olmazsa, neftin qiymətinin hansı səviyyəyə qədər ucuzlaşması mümkündür və ümumiyyətlə bundan sonra OPEK və Rusiya arasında razılaşma əldə olunması ehtimalı varmı?..

İqtisadçı-ekspert: “Neftin qiyməti çox ciddi şəkildə dalğalanmalar keçirəcək. Bu dönəmdə neftin qiymətində kəskin enmələr, yüksəlişlər görəcəyik”.

“Son zamanlar Rusiya iqtisadiyyatı daha dayanıqlı olub. Sanksiya rejimi Rusiya iqtisadiyyatını çoxşaxəli modelə keçidinə bir təkan oldu”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli son günlərdə neftin qiymətində baş verən dalğalanmanın səbəblərini və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Keçən həftə OPEK+ ölkələri arasında, xüsusilə də Rusia və Səudiyyə Ərəbistanı arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndirirdi. Səudiyyəlilər bazardan gündə 1.5 milyon barel neftin çıxarılmasını təklif etsələr də, Rusiyalılar bundan imtina etmişdir. Nəticədə Səudiyyəlilər əks qərar verərək neftin istehsalının artırılmasına qərar vermiş və bütün bazarlar üçün qiymət təklifini aşağı salmışlar.

Beləliklə neft bazarı 3 qat zərbə almaqdadır:

1. Sədiyyə neftinin həcminin artması
2. Koronavirus epidamiyasının yayılması nəticəsində tələbin azalması
3. Artıq nefti bazardan yığışdıra və situasiyanı tənzimləyə bilən balanşladırıcı mexanizmin olmaması.

Qeyd edək ki, neftin iki gün ərzində təqribən 30% dəyər itirmısindən sonra bütün dünyada panika yarqnıb. Ekspertlər beynəlxalq miqyasda mqliyyə böhrqnınln yarana biləcəyi ehtimalının yüksək olduöunu bildirirlər. ABŞ prezidenti Donald Tramp isə neftin kəskin ucuzlaşmasına görə RusiyaSəudiyyə Ərəbistanını günahlandırıb. Amerika prezidenti bununla bağlı sevincini də gizlətməyib və amerikalıların ucuz benzin alacaqlarını vurğulayıb.

Rusiya özünü hər nə qədər arxayın aparsa da, müşahidəçilər Səudiyyə Ərəbistanının başlatdığı “qiymət müharibəsindən” Rusiyanın daha böyük ziyan çəkəcəyini bildirirlər. Buna baxmayaraq Rusiya bazarda öz mövqeyini qoruya bilmək üçün özünü mübarizəyə hazır göstərir.

Qeyd edək ki, dünən Moskva birjası işləməsə də, beynəlxalq birjalarda rubl 5-6 faiz dəyər itirdi. Bu gün isə 1 dollar 73 rubla satılıb.

Bu gün yayılan məlumatlarda isə bildirilir ki, Səudiyyə Ərəbistanı aprel ayında bütün regionlardan olan alıcılar üçün son 20 ilin ən yüksək endirimini edib. “Saudi Aramco”nun adından yayılan məlumata görə, Amerikadan olan alıcılar üçün növbəti aydan bütün növ neftin qiyməti 7% azalacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün 1 barel neftin qiymətində 6-8%, Asiya ölkələrində 4-6% endirim olacaq.

RusiyaSəudiyyə Ərəbistanı arasında anlaşma olmazsa, neftin qiymətinin hansı səviyyəyə qədər ucuzlaşması mümkündür və ümumiyyətlə bundan sonra OPEK və Rusiya arasında razılaşma əldə olunması ehtimalı varmı? Həmçinin Rusiya iqtisadiyatı Səudiyyənin “qiymət müharibəsinə” nə qədər davam gətirə bilər və bu “müharibədə” tərəflərin itkisi və qazancı barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Neftin qiyməti 20 dollar da ola bilər və yenidən 40 dollardan yuxarıya da qalxa bilər”.

Rusiyanın uzunmüddətli “qiymət müharibə”sinə hazırlaşdığını düşünən iqtisadçı-ekspert əlavə edib ki, Rusiya qiymətin aşağı olmasından istifadə edərək rəqiblərini bazardan sıxışdırıb çıxarmağı düşünür:

“Əslində hər şey OPEK ölkələrinin və Rusiyanın hasilatı hansı səviyyəyə qədər artıracağı ilə bağlı verəcəkləri qərardan asılı olacaq. Məlumdur ki, obyektiv səbəblərə görə də dünyada neftə tələbat azalıb. Buna görə də hər şey hasilatın həcmindən asılı olacaq və aprelin 1-dən bütün ölkələr hasilatı artırmaqla bağlı sərbəstdirlər. Artıq Nigeriyadan və Səudiyyə Ərəbistanından xəbər gəldi ki, onlar hasilatı artırmağı düşünürlər.

Bütün bunlara görə neftin qiyməti çox ciddi şəkildə dalğalanmalar keçirəcək. Bu dönəmdə neftin qiymətində kəskin enmələr, yüksəlişlər görəcəyik. Təəssüf ki, sabit neft qiymətlərin olması ehtimalı aşağı düşdü. Dünən neftin qiyməti 33 dollara düşdü, bu gün isə 36 dollara qədər bahalaşıb.

Neftin qiyməti 20 dollar da ola bilər və yenidən 40 dollardan yuxarıya da qalxa bilər. Əsas məsələ isə orta və qalıcı qiymətin hansı səviyyədə qərar tapmasından asılı olacaq. Düşünürəm ki, təqribən 40 dollar səviyyəsində neftin qiymətinin sabitləşməsini yaxın 1-2 ayda görə bilərik.

Natiq Cəfərli: “Əvvəl Rusiya iqtisadiyyatının 70 faizi neftdən asılı idi, indi isə iqtisadiyyatın 30 faizi neftdən asılıdır”.

OPEK və Rusiya arasında razılaşma əldə olunması ehtimalı hələ ki, yoxdur. Çünki dünən Rusiya tərəfindən çox kəskin açıqlamalar oldu. Rusiya hasilatı azaltmağa razı deyil. Çünki Rusiya həm bazar payını itirir, həm də qiymətin daha yuxarı olması ABŞ-ın silah istehsalçılarının hasilatı artırmasına səbəb olur.

Düşünürəm ki, Rusiya uzunmüddətli “qiymət müharibə”sinə hazırlaşır. Rusiya qiymətin aşağı olmasından istifadə edərək rəqiblərini bazardan sıxışdırıb çıxarmağı düşünür. Belə görünür ki, bu strateji bir qərardır. Rusiya ən azı 1 il, ya da il yarım bu strateji qərarla davranmağı düşünür.

Nə qədər qəribə səslənsə də, son zamanlar Rusiya iqtisadiyyatı daha dayanıqlı olub. Sanksiya rejimi Rusiya iqtisadiyyatını çoxşaxəli modelə keçidinə bir təkan oldu. Rusiyada kifayət qədər yerli istehsalın həcmi və çeşidliliyi artıb. Əvvəl Rusiya iqtisadiyyatının 70 faizi neftdən asılı idi, indi isə iqtisadiyyatın 30 faizi neftdən asılıdır.

İndi Səudiyyə Ərəbistanı daha çox neftdən asılıdır. Amma Səudiyyə dünya üzrə müxtəlif daşınan, daşınmaz aktivlərə malikdir. Bu nöqteyi nəzərdən Səudiyyənin dayanıqlığı daha güclüdür. Səudiyyə də anlayır ki, əgər il yarım, iki il aşağı qiymətlərə dözsə, yenidən sabitləşən qiymətlərin yuxarı həddinin sabitləşən zamanına çatacaq. Çünki Səudiyyə və Rusiya suni qiymət artımına gedirdilər. Yəni qiymətlər suni şəkildə artırılırdı. Bu da dayanıqlı model deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar