Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Nuriyev: "Azərbaycanda devalvasiya üçün fundamental əsas yoxdur"

"Bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil. Banklar adi rejimdə işlərini davam etdirir və müştəriləri onların tələblərinə uyğun xarici valyuta ilə təmin edir"...

Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev ölkədə növbəti dəfə devalvasiya olacağı ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib.

"Azərbaycan Mərkəzi Bankı valyuta təchizatçısı kimi istənilən bankın tələbi tam şəkildə ödəyir. Bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Müxtəlif ölkələrdə iqtisadiyyatın vəziyyəti müxtəlifdir və hər bir ölkə öz vəziyyətinə uyğun qərar qəbul edir. Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, birmənalı şəkildə bankların qarşısında duran vəzifədir və banklar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş olunur ki, hər hansı bir təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkətlər etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirməsi üçün şərait yaratsınlar. Banklar öz funksiyalarını tam şəkildə yerinə yetirməyə borcludurlar və bunu edəcəklər. Banklar yalnız komplayns qaydaları çərçivəsində müştəriləri identifikasiya etməli və bu günə qədər mövcud olan qaydalardan kənar hər hansı bir yeni qayda tətbiq etmədən müştərilərə xidmət göstərməlidirlər", - ABA rəhbəri bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar