Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio olimpiadasının məşəli azarkeşsiz alovlandırılacaq

Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçiriləcək...

Bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 12-nə nəzərdə tutulan tədbirə qeydiyyatdan keçmiş təqribən 100-dək insan qatılacaq. Mərasimə jurnalistlərin girişi də qadağan olunub. Bu addım koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün atılıb.

Açıqlamada həmçinin Olimpiya məşəlinin keçəcəyi şəhərlərin merlərinə Yunanıstan Səhiyyə Nazirliyi və Milli Səhiyyə Təşkilatının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılacaq. Ölkə ərazisində 3200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada "Panatinaikos" klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.

Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar