Daxili İşlər Nazirliyi Saatlı rayonunda baş verən qətllə bağlı məlumat yayıb...
Martın 7-də Saatlı rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Fariz Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az