Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftin ucuzlaşması uzunmüddətli olarsa, büdcəyə yenidən baxıla bilər” - Deputat

Dünya bazarlarında "qara qızıl"ın qiyməti kəskin ucuzlaşmağa başlayıb...

Belə ki, bu gün səhər Brent markalı neft 33 dollara qədər geriləyib. WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollara düşüb. Analitiklər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünyanı bürüyən koronavirus həyatın bütün məqamlarına təsir etməkdədir:

"Xüsusilə neftin istesahlı və istehlakı ilə məşğul olan Çində, İranda, İtaliyada problemlər yaşanmaqdadır. Əsas problem isə OPEK+ ölkələrinin ümumi razılığa gələ bilməməsilə bağlı oldu. RusiyaSəudiyyə Ərəbistanı razılaşmadan çıxdı. Bağlanmış müqavilənin vaxtı aprelin 1-də başa çatır. Proseslərin sürətlə dəyişdiyi bir dövrdə aprelin 1-nə kimi hansı dəyişikliklərin baş verəcəyi isə müəmmalıdır. Gedişat neft qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxara bilər".

Deputat Azərbaycanın hələ də neftdən asılılığına diqqət çəkib:

"Doğrudur, Azərbaycan Prezidenti cənab İlham Əliyev alternativ enerji mənbələrindən istifadə üçün göstərişlər verib, bunun əsasında proqramlar hazırlanıb. Amma buna baxmayaraq, neft hələ uzun müddət dünya iqtisadiyyatında aparıcı rola malik olaraq qalacaq. Neft qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri sözsüz ki, var və uzun müddət davam edərsə də olmaqda davam edəcək".

V.Əhmədov deyib ki, büdcəyə yenidən baxılması barədə danışmaq tezdir:

"Biz 2020-ci il üçün neft qiymətlərini 55 dollardan götürmüşdük. Hazırda "Azəri light" neftinin qiyməti 47 dollaradır. Bu da təbii ki, iqtisadiyyata təsirsiz ötüşə bilməz. Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız olsa da, ondan zəruri məqamlarda istifadə edilməlidir. O layihələrə sərf edilməlidir ki, ölkənin gələcək həyatına təsirləri olsun. Qiymətlərin aşağı düşməsi uzunmüddətli olarsa, dövlət büdcəsinə təsir edə bilər. Amma enmə davam edərsə, büdcəyə may-iyun ayında yenidən baxıla bilər. Həmçinin, neftin qiyməti 35-40 dollar səviyyəsinədək enərsə, Prezident dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər. Arzu edək ki, koronavirus tez bir zamanda lokallaşdırılsın və neftin qiyməti əvvəlki həddinə qayıtsın. Amma indiki məqamda neftin qiyməti azalan xətt üzrə davam edir və bu, bizi narahat etməyə bilməz".

pia.az


Etiket: neft Brent

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar