Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda müəmmalı hadisə: Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - Video

Sumqayıt şəhəri 49-cu məhəllədəki evlərin birində müəmmalı yanğınlar baş verir....

Baku TV-nin məlumatına görə, bir neçə gündür ki, evin fərqli otaqlarında əşyalar öz-özünə alovlanır.

Həmin mənzil sahiblərindən biri Şahid Məmmədovun sözlərinə görə, hər gün baş verən bu hal onları qorxuya salıb. Hətta vəziyyət o yerə çatıb ki, evdəki bütün əşyalar həyətə daşınıb.

Ən maraqlısı isə yanğının axşam azanından sonra dayanmasıdır.

Müəmmalı hadisəyə qonşular da şahidlik edib. Onlar evdə olduqları zaman müxtəlif yerlərin qəfildən alovlandığını deyirlər.

Ev sahibləri deyir ki, bu vaxta qədər yanğın nəticəsində televizor, divan-kreslo, pərdə və elektrik naqilləri yararsız hala düşüb.

Əvvəlcə elə düşünülüb ki, alov elektrik naqillərindəki qısaqapanmadan yaranır, lakin sonradan bunun müəmmalı şəkildə baş verdiyi görünüb.

Qeyd edək ki, sözügedən evdə yeddi nəfərdən ibarət iki ailə yaşayır.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Bundan sonra evə gələn mütəxəssislər elektrik xətlərinə baxış keçirib və nasazlıq aşkarlanmayıb. Lakin bu qorxulu mənzərə demək olar ki, hər gün yaşanır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar