Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovdan qalmaqallı açıqlama – Onu Trampa oxşatdılar

Respublikaçı Alternativ Partiyası (REAL) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində uğur qazanıb...

PİA.az xəbər verir ki, bu, REAL-ın sədri İlqar Məmmədovun gəldiyi nəticədir. Onun fikrincə, REAL parlament partiyasına çevrilməklə böyük uğura imza atıb. “REAL partiyası bu seçkilərdə uğur qazanıb. Biz parlament partiyasına çevrildik. Bu böyük uğurdur. Hansı partiya bunu edə bilərdi?!”, - deyə REAL sədri bildirib. 

REAL-ın seçkilərdə yalnız bir nümayəndəsi qalib gəlib. Partiyanın qurucu üzvü Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən 35.6 faiz səslə deputat seçilib. 

İlqar Məmmədov seçkiyə qatılmayan siyasi qüvvələri də ittiham edib: “Bu uğuru qazanmayanlar bizə damğa vurmasınlar. Biz parlamentdə təmsilçilik qazanmışıq. Kim bacarardı gələrdi qazanardı. Qorxdular seçkidən. İnsanları seçkiyə gətirməkdən qorxdular. Hərəsi qaçdı bir yerdə gizləndi”. 

İlqar Məmmədovun bu dəyərləndirilməsi birmənalı qarşılanmayıb. Ona ən sərt cavab isə ictimai fəal Bəxtiyar Hacıyevdən gəlib. Onun fikirlərini təqdim edirik: “Hörmətli REALçı dostlar, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq...

Yoldaş Məmmədov karyerasına Rus Dram Teatrından başlamış PA şöbə müdiri ilə görüşəndən sonra dramatik çıxış edir, uğur hekayəsi danışır.

Cəsarətli çıxış tonu ilə Əli Kərimliyə oxşamaq istəyir, nəticədə Trampa oxşayır.

Ciddiyə alıb, dediklərinə cavab vermək lazımdırsa, yoldaş Məmmədova deyin ki, parlamentdə qeydiyyata alınmış partiyalardan VHP-nin 3 deputatı oldu, Elşən Musayev (ADMP), Fazil Mustafa (BQP), Qüdrət Həsənquliyev (BAXCP), Tahir Kərimli (“Vəhdət” Partiyası), Asim Mollazadə (Demokratik İslahatlar Partiyası) və s. və ilaxır da təmsil olunur. Sədr səviyyəsində. REAL kimi qeydiyyata alınmayan partiyalardan isə Razi Nurullayevin AXCP-si də sədr səviyyəsində təmsil olunur. Bunu uğur sayır yoldaş Məmmədov?

Real sədri və neçə namizədini qeydiyyata almadılar, namizədlərinin çoxu 20 namizəd arasında 15-17ci yer tutdu, ölkə üzrə cəmi 17-18 min arası səs aldılar, 10 namizədlik dairədə 10-cu yer tutan namizəd oldu, dairə üzrə cəmi 49 səs toplamış namizəd oldu, Erkin Qədirlinin səslərini ən azı 8 məntəqədə şişirdib, qarşısına rəqib çıxarmayıb, deputat elədilər, yoldaş Məmmədov bunu uğur sayır?

REAL namizədlərindən bəziləri seçki nəticələrindən şikayət vermədi. Çoxunu nə MSK qarşısında, nə KM qarşısında aksiyalarda görmədik. "qorxdular, qaçdılar, gizləndilər" deyəndə onları da nəzərdə tutmursa, hansı mübarizədən danışır Məmmədov?

Heç Nigar Arpadarai seçki uğurundan belə pafosla danışmadı.

Hörmətli REALçı dostlar, lütfən, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq...”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar