Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qırmızı xətlər”in toqquşması: İdlibdə nüfuz dairələri yenidən bölüşdürüləcək?

Marianna Belenkaya, Kirill Krivoşeyev

“Коммерсант”, 05.03.2020

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Cümə axşamı günü keçirəcəyi görüş Moskvanın Suriyadakı siyasəti üçün güc sınağı olacaq. Eyni zamanda, o, Suriyanın yaxın gələcəyini müəyyən edəcək. Kremldəki danışıqlarda heç olmazsa, İdlibdə növbəti atəşkəs barədə danışacaqlar. Maksimum olaraq – Suriyanın şimalındakı təsir sahələrinin yenidən bölgüsü haqqında. Moskva üçün vacib vəzifələrdən biri ABŞAvropanın Suriya münaqişəsinin inkişafına artan təsirinin qarşısını almaqdır.

Ankara Moskvadakı danışıqlardan sonra İdlib hərbisizləşdirilən zonasında atəşkəs barədə razılıq əldə olunacağını gözləyir. Bunu Türkiyə jurnalistlərinə Prezident Ərdoğan açıqlayıb. Əslində, bu, Vladimir Putinlə görüş ərəfəsində onun dilə gətirdiyi yeganə istəkdir. Türkiyə tərəfinin əvvəlki açıqlamalarının qüvvədə olub-olmaması sual doğurur.

Suriya qüvvələrinin hava zərbəsi nəticəsində İdlibdə 30-dan çox türk hərbçisinin həlak olması ilə yaddan qalan hələ son gərginlikdən əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Rusiya-Türkiyə məsləhətləşmələrində Ankara İdlib de-eskalasiya zonası üzərində dronlarına səmada hərəkət etmə azadlığı verilməsini istəyir. Bundan əlavə, iki ölkənin KİV-lərində və ekspert şərhlərində “İdlibin yenidən bölüşdürülməsi”nin mümkünlüyü müzakirə olunub: hücum əməliyyatı zamanı Dəməşqin işğal olunmuş ərazilərinin tanınması müqabilində Suriyanın şimalında türk nəzarətində olan ərazilərin genişləndirilməsi.

Ankara istədiklərini əldə edərsə, Türkiyə prezidenti bunu öz qələbəsi olaraq daxili auditoriyasına təqdim edə bilər. Təsadüfi deyil ki, son günlər İdlibdəki vəziyyət Türkiyə üçün təhlükəsizlik təhdidi kimi təqdi olunub.

Hərbçilərinin kütləvi ölümündən dərhal sonra Türkiyə Müdafiə Nazirliyi hökumətyönlü Suriya qüvvələrinə qarşı “Bahar qalxanı” adlanan əməliyyata başlayıb. Çərşənbə günü prezident Ərdoğan döyüşlər zamanı Bəşər Əsədin “3,2 min əsgərinin” məhv edildiyini söyləyib.

O deyib: “Ümid edirəm ki, son əməliyyatımızla bütün dünyaya döyüşməyi bilən, amma döyüşmək istəməyən bir ölkə olduğumuzu sübut etdik. Bütün dünya igid ordumuza heyranlıqla baxır. Mübarizəmizə kölgə salmağa çalışanlar xainlərdir”.

İdlibdəki əməliyyatın fonunda Suriyanın digər bölgələrində PKK üzvlərinin fəallaşması ilə əlaqədar narahatlıqlar da səslənib. “Əgər uzaqlaşsaq, terrorçular birbaşa ölkəmizə yönələcəklər”.

Suriya kürdlərindən ibarət özünümüdafiə dəstələrindən və PKK-dan qorunma Ankaranın Türkiyə ilə sərhədi boyunca Suriya ərazisində tampon bölgə yaratmaqla bağlı müzakirələrdə əsas mübahisəsidir. 2019-cu ilin oktyabrında Soçidə aparılan danışıqlarda Moskva və Ankara kürd qüvvələrinin Türkiyə sərhədindən çıxarılması barədə razılığa gəlib, türklər də Tel-Abyad və Ras əl-Ayn yaşayış məntəqələri arasındakı kiçik bir əraziyə nəzarəti əldə ediblər.

İndi Türkiyə prezidenti təsir dairələrini genişləndirməni açıq şəkildə iddia edir. Üstəlik, Ankara bufer zonasını təkcə kürdlərə qarşı müdafiə olaraq istifadə etmək istəmir. Onu həm də Suriyalı qaçqınları yerləşdirmək mümkün olan bir yer olaraq görür – həm Türkiyədə olanlar, həm də İdlibə sığınanlar üçün.

Bu anklav Suriyanın silahlı və mülki müxalifəti üçün dayaq ola bilər, həmçinin Suriya münaqişəsinin yekun həlli ilə bağlı danışıqlarda Dəməşqə təzyiq qolu. Ankara bir neçə dəfə (və xüsusilə son günlərdə) vurğulayıb: müxalifət və “rejim qüvvələri” kompromis tapana qədər Türkiyə hərbçiləri Suriyanı tərk etməyəcəklər.

Son eskalasiya fonunda Ankara Suriyanın şimalında bufer zonası yaratmaq ideyasına görə Avropadan dəstək alıb. “Prezidentlər Putin və Ərdoğan İdlib haqqında danışarkən, məcburi köçkünlərə yardım göstərilməsinin mümkün olduğu sahəni də müəyyənləşdirməlidirlər”, – deyən Almaniya hökuməti rəsmi nümayəndəsinin müavini Ulrike Demmer bu zonaya giriş üçün humanitar təşkilatlara zəmanət verilməli olduğunu söyləyib. Xanım Demmerin sözlərinə görə, Almaniya kansleri Angela Merkel prezident Putin və Ərdoğanla telefon danışıqlarında bu məsələni qaldırıb.

Berlin, eyni zamanda, Moskvadakı Rusiya-Türkiyə danışıqlarından sonra Almaniya və Fransa liderləri ilə dördtərəfli görüş haqqında qərar veriləcəyini də istisna etmir. Cənab Ərdoğan ilk dəfə fevralın ortalarında belə bir fikir söyləyib, lakin Moskva buna həvəs göstərməyib.

Rusiya Vladimir Putin türk vəzifədaşı arasındakı görüşü mümükün qədər təxirə salıb, amma iki ölkənin hərbçiləri arasında birbaşa toqquşma təhlükəsi fonunda o, sonda görüşə razılaşıb.

Türkiyə tərəfindən fərqli olaraq Rusiya yalnız 2018-ci ildən İdliblə bağlı Soçi sazişlərinə ciddi əməl edilməsinin zəruriliyini bildirir.

Prezidentin mətbuat katibi Dmitri Peskov Çərşənbə günü jurnalistlərə deyib: “Plan – İdlib böhranını Ərdoğanla müzakirə etməkdir. Gözləntilər – bu böhranın anlaşılması, bu böhranın səbəbləri, bu böhranın zərərli təsiri və bundan sonrakı lazımi birgə tədbirlər toplusu ilə ortaq bir sövdələşmə əldə etməkdir”.

Aydındır ki, söhbət çətin olacaq.

Türkiyənin AvropaABŞ üzərindən Rusiyaya təzyiq göstərmək cəhdləri Moskvanın narazılığına səbəb olur. Ankara Aİ ilə sərhədini qaçqınlar üçün açaraq avropalıları şantaj edir, Vaşinqton isə Moskva və Tehranla ittifaqı pozmaq üçün Ankara ilə əlaqələrin gücləndirilməsində maraqlıdır.

Putin və Ərdoğan arasındakı danışıqlar ərəfəsində Amerika nümayəndə heyəti Türkiyəyə səfər edib. ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və Amerikanın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft təkcə Türkiyə hakimiyyəti ilə danışıqlar aparmayıb, həm də Türkiyə-Suriya sərhədindəki qaçqın düşərgəsinə baş çəkib. AP agentliyinin vurğuladığı kimi, onlar sərhədi keçməyiblər. Eyni zamanda, Qətərin “Middle East Eye” saytı Amerika diplomatlarının Türkiyənin nəzarətində olan İdlib bölgəsində olduğunu iddia edib. Suriyalılara 108 milyon dollar məbləğində humanitar yardım göstəriləcəyi və Ankaraya silah-sursat verəcəyi vəd olunub. Bu, ABŞ-ın NATO müttəfiqinə kömək minimumudur. Türkiyə prezidentinin Ankaraya ABŞ-ın “Patriot” sisteminə göndərmək istəyi rədd edilib.

Öz növbəsində, Moskva dəfələrlə türk tərəfdaşları ilə yalnız ikitərəfli formatda danışmağa hazır olduqlarını vurğulayıb. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun Çərşənbə günü qeyd etdiyi kimi, Qərb Türkiyənin “mexanikləşdirilmiş bölmələri ilə” zərbə qüvvəsinin İdlibə köçürülməsini görmür. “Terroristlərin möhkəmləndirilmiş əraziləri razılaşma əsasında yerləşdirilən Türkiyənin müşahidə postları ilə birləşib”.

İqor Konaşenkovun sözlərinə görə, Soçi razılaşmalarının bağlanmasından bəri 18 ay ərzində terrorçular “mülayim müxalifət”in bütün silahlılarını şimala, Türkiyə sərhəddinə sıxışıdırıblar.

Rusiya Xarici İşlər Nazirliyi də Ankaranın Soçidə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğulayır. Söhbət Dəməşqlə dialoqa hazır olan silahlı müxalifətin terrorçularla demarkasiyası barədə gedir. Eyni zamanda, həm Moskva, həm də Ankara problemin həllində maraqlı olduqlarını və bir-biri ilə vuruşmaq istəmədiklərini bəyan edirlər.

Yedditəpə Universitetinin professoru Mesut Hakkı Caşın deyib: “Həm Türkiyə, həm də Rusiya İdlibdə sülhü qoruyur. Ancaq türk xalqı əsgərlərinin ölümünə çox qəzəblidir”. Onun sözlərinə görə, bu fonda türk xalqı “Rusiyanın Əsəd rejimini dəstəkləməsi ilə təhqir edilib” və Moskvanın “rejimi cilovlaya” bilməməsi ikitərəfli münasibətlərdə ciddi çata səbəb olub.

Professor Türkiyə üçün Ankaranın yeddi “qırmızı xətt”ni vurğulayıb: İdlibdə dərhal atəşkəsin təmin edilməsi, Suriya qoşunlarının Soçidə nəzərdə tutulmuş de-eskalasiya zonasının hüdudlarından kənara çıxarılması və ümumiyyətlə, Soçi sazişinə əməl etmək, mülki şəxslərin qətlinə son qoyulması, qaçqınları Türkiyəyə sıxışdırmaqdan imtina, “Putinin Əsədə tam nəzarəti”, Rusiya və Türkiyənin “Suriyanın BMT-nin dəstəyi ilə yenidən qurulması” mövzusunda təcili işə başlaması.

O, Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığı qorumaq üçün səy göstərdiyini vurğulayaraq, Moskva ilə Ankara arasında Yaxın Şərqdə və dünyada vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola biləcək qarşıdurmadan çəkinməyə çağırıb.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar