Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara 5 mart görüşündən hansı nəticəni gözləyir? - Atəşkəs qərarı olacaqmı?..

Cümə axşamından etibarən “dron sürüləri” adlı bir anlayış dünya müharibəsi tarixinə daxil olub...

Mehmet Acet

“Yeni Şafak” qəzeti, Türkiyə, 4 mart 2020-ci il

İdlibin cənubundakı Balyun bölgəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı edilən hücum zamanı 34 əsgər şəhid olduqdan sonra Ankarada keçirilən Təhlükəsizlik Zirvəsində bu ağır hücuma 2 yeni üsulla cavan verilməsi qərara alınıb: Silahlı pilotsuz hava vasitələri ilə Suriya hava məkanına girərək hədəflərin vurulması və F-16 qırıcı təyyarələrinin Türkiyə Hava Məkanında qalaraq bu əməliyyata qoşulması.

Pilotsuz raketlərin atışı ilə bağlı çoxlu şəkillərin yayımlanması və Türkiyənin rejimə verdiyi sərt qarşılığın “əsl cavab” olduğunun başa düşülməsi təkcə ölkə daxilində deyil, həm də Qərb mediasında geniş şəkildə əks olunub.

Məsələn, “Bloomberg”in “Türkiyə qatil dron sürüsü ilə Putinə Suriya Hava Məkanında meydan oxudu” başlığı ilə verdiyi xəbərdə: “Türk pilotsuz raketləri hərbi bazaları və kimyəvi anbarları vurdu. Həmin raketlər Suriya Hava Müdafiə sistemlərini də tapıb, məhv etdi. Bu vəziyyət Rusiya Hava Hücumundan Müdafiə Sistemlərinin şübhə altında qalmasına səbəb oldu”, deyə qeyd edib.

Deməli, Suriyanın hava məkanı toxunulmaz deyilmiş

Dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri rejimə aid olan daha bir L-39 təyyarəsini vurub.

Bu cür proseslər Suriya hava məkanının istifadəsi ilə bağlı mübahisələrə də toxunur.

Televiziyalarda özündən əmin şəkildə danışan və insanda “görəsən, nəyi bacarıblar ki, belə böyük danışırlar?” təəssüratı buraxan bir sıra təqaüdçü əsgərlərin tez-tez gündəmə gətirdikləri Suriya Hava Məkanının, əslində, istifadəyə açıq olduğunu göstərir.

Rejimə məxsus təyyarələrini vurulmasının bir mənası da budur:

Hava qüvvələri Türkiyənin hava sahəsindən istifadə edərək Suriyanın sahəsində yerləşən birliklərini qoruya bilər.

Əlbəttə ki, hər hansı bir hücuma qarşı qalxan yaradıla biləcəyini demək olmaz, amma ortada bir “çarəsizlik” olmadığı da aydın məsələdir.

Əgər sübut tələb olunursa, qurudakı TSQ elementlərinə hücum etməyə hazırlaşarkən atılan rejim təyyarələri ortadadır.

Bir də belə bir sualımız var:

Türkiyə Silahlı Qüvvələrinin son 5 ildə gördüyü işlərlə əvvəlki dövrləri müqayisə etdikdə ortaya necə bir mənzərə çıxır?

Gəlin çox geriyə getməyək.

Bu yaxınlarda vəfat edən Yaşar Büyükanıt dönəmindən başlayaq.

Onun dövründə, varisi İlker Başbuğun dönəmində, İşık Koşanerin, Necdet Özelin komandir dəstəsinin rəhbəri olduğu dövrdə, terrorla mübarizə və sərhədyanı əməliyyatlar davam edərkən son 5 ildə hansı uğurlar əldə edilib?

Xüsusilə, ilk 2 nəfərin dönəmində siyasətlə tez-tez mübahisə edilməsi, nə qədər vaxt sərf olunduğu və nələr əldə edildiyi sual altındadır.

“Bir nəticə çıxar, amma bizim qane edəcəyindən əmin deyiləm”

Hər kəsin gözü 5 mart günü prezident Rəcəb Teyyub Ərdoğan ilə Rusiya prezidenti Putin arasında Moskvada keçiriləcək görüşə çevrilib.

Görəsən, o görüşdən hansı nəticə çıxacaq? Atəşkəs və ya sülh təmin ediləcəkmi?

Ankaradakı rəhbərlikdə çalışan yüksək vəzifəli bir şəxsə bu sualı verdikdə belə bir cavab aldım:

“Bir nəticə çıxar, amma bizi qane edəcəyindən əmin deyiləm”

Bu cümləni Ankaranın 5 marta yüklədiyi mənanı ümumiləşdirən bir ifadə kimi başa düşə bilərik.

Başqa sözlə, bu cümlə martın 5-i ilə bağlı yüksək gözləntini qoruyarkən, bu gün üçün bir proqnoz verməkdə də çətinlik çəkdiyimizi izah edir.

Proqnoz verməyin çətinliklərindən biri də rusların reflekslərini ölçməyin çox çətin olmasıdır.

Rusiya üçün top indi Putinin ayağındadır.

Yuxarıda qeyd edilən ifadənin “Bir nəticə çıxar, amma” qisimi Putinin Türkiyə və prezident Ərdoğanla olan münasibətləri bir az daha gərginliyə sürüklənmədən müəyyən bir anlayış içində saxlamaq niyyəti ilə üst-üstə düşür.

Bununla birlikdə, həmin cümlənin qalan hissəsi bu gözləntinin çox da yüksək olmamasına işarə edir.

Cümlənin “Bizi qane edəcəyindən əmin deyiləm” hissəsi “Bahar Qalxanı” adlanan və hədəfi Dəməşq rejimi olaraq təyin olunan yeni əməliyyatın 5 martdan sonra da davam edə biləcəyi ilə bağlı bir bəyanatı ortaya qoyur.

Prezident Ərdoğan keçən cümə səhəri Putinlə telefon danışığı aparan zaman geri addım atılmayacağını və qərarlı mövqedən imtina edilməyəcəyini bildirib.

Ərdoğanın bu mövqeyinin birdən-birə dəyişəcəyini düşünməyin də mənası yoxdur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar