Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar üçün ən uzun gecə başladı

Kimlər mandat üzünə həsrət qala bilər?...

Konstitusiya Məhkəməsi sabah Milli Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyəcək. Ali məhkəmə orqanının qərarından sonra Milli Məclisin yeni tərkibi öz işinə başlayacaq.

PİA.az bildirir ki, MSK 121 dairə üzrə lider olan namizədlərin siyahısını Konstitusiya Məhkəməsinə təqdim edib. Dörd dairə üzrə isə seçkilərin nəticələri ləğv olunub. Milli Məclisin yeni tərkibi öz işinə başlayandan sonra üç, yaxud altı ay ərzində boş qalmış dairələr üzrə təkrar seçkilər keçiriləcək.

Siyasi kluarlarda martın 4-dən 5-nə keçən gecə deputatlar üçün "ən uzun gecə" kimi qiymətləndirilir. Aydın məsələdir ki, bu gecə 121 deputatın təxminən yarısının yuxusu ərşə çəkiləcək. Çünki əksər dairələrlə bağlı seçkinin nəticələrinə təsir edəcək saxtakarlıq faktları mövcuddur. Məhz Mərkəzi Seçki Komissiyası da bunu əsas götürərək, 4 dairə üzrə nəticələri ləğv etmişdi. Konstitusiya Məhkəməsinin analoji qaydada davranıb-davranmayacağı isə sabah bəlli olacaq.

Müşahidəçilər Konstitusiya Məhkəməsinin sabah bir neçə dairə üzrə nəticələri ləğv edəcəyini istisna etmirlər. Deputat mandatı ilə vidalaşacaq şəxslərin sırasında ən çox parlamentin stajlı deputatlarından olan İmamverdi İsmayılovun lider olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin adı hallanır. Bu dairədə 13 məntəqənin nəticələrinin ləğv olunması cənab İsmayılovun başının üstündə "qara buludların" dolaşdığını deməyə əsas verir.

Taleyi "tükdən asılı olan" dairələrdən biri də 79 saylı İmişli seçki dairəsidir. Məlum olduğu kimi, bu dairədən lider namizəd politoloq Razi Nurullayevdir. Nurullayev rəqiblərini az fərqlə qabaqlayıb. O, seçicilərin cəmi 21,4 faizinin səsini alaraq, lider namizəd statusunu qazanıb. Diqqətçəkən başqa bir məqam isə odur ki, sözügedən dairədə 5 məntəqənin nəticəsi MSK tərəfindən ləğv olunub. Üstəlik, rəqibləri Nurullayevin qələbəsini şübhə altına alan xeyli fakt toplaya biliblər. Bunu əsas gətirən müşahidəçilər Konstitusiya Məhkəməsinin sabah 79 saylı İmişli seçki dairəsinin nəticələrini də ləğv edəcəyini proqnozlaşdırırlar.

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin də nəticələri təsdiqlənməyə bilər. Sabiq rektor Aqiyə Naxçıvanlının lider namizəd olduğu bu dairədə seçkinin nəticələrinə kölgə salan xeyli fakt var. Əməkdar jurnalist Ləman Ələşrəfqızının öz rəqibiylə bağlı faktları ictimailəşdirməsi Aqiyə Naxçıvanlının karyerası üçün ciddi təhlükə sayılır.

AVP sədri Fəzail Ağamalı da acı sürprizlə qarşılaşa bilər. Məlum olduğu kimi, Fəzail Ağamalının lider olduğu 60 saylı Salyan-Neftçala dairəsiylə bağlı da ciddi narazılıq var. MSK-nın sözügedən dairədə 9 məntəqənin nəticəsini ləğv etməsi Konstitusiya Məhkəməsinin sərt qərar verməsini təmin edə bilər.

Analitiklər digər dairələrlə bağlı da sürprizlərin ola biləcəyini istisna etmirlər. Aydın məsələdir ki, bütün suallar sabah Konstitusiya Məhkəməsinin iclasında öz cavabını tapacaq. Bu isə o deməkdir ki, qarşıda deputatlarımızı uzun və yorucu bir gecə gözləyir...

pia.az


Etiket: deputatlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar