Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev yola salınır

Siyasi qərar var...

Səhiyyə naziri Oqtay Şirəliyevdən narazıların sırası getdikcə genişlənir. Koronavirus təhlükəsinin ortaya çıxmasından sonra nazirin adı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Hazırda Şirəliyev cəmiyyətin və mətbuatın narazı qaldığı hökumət üzvlərinin siyahısında birinci yerdə dayanır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda rüşvətə və korrupsiyaya ən çox bulaşmış dövlət qurumlarının başında gəlir. Dövlətin balansında olan xəstəxanalarda rüşvətin tüğyan etməsi, adi xəstəliklərdən ölüm hallarının artması, keyfiyyətsiz dərman idxalı və digər səbəblər naziri hədəfə çıxarıb. Dövlət və özəl tibb müəssisələriylə bağlı şikayətlərin artması Şirəliyevin karyerasına ciddi təhlükə yaradıb.

Nazirliyin yeni dövrün çağırışlarına cavab verməməsi, operativliyi arxa plana keçirməsi, maarifləndirmə işini zəif təşkil etməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Sosial şəbəkələrdə ən çox tənqid olunan hökumət üzvünün Səhiyyə naziri Oqtay Şirəliyev olduğunu indi əminliklə söyləyə bilərik.

Yenisabah.az-a daxil olan məlumata görə, nazir Şirəliyev artıq hakimiyyət dəhlizlərində də "arzuolunmaz adam" elan olunub. Məlumatlı şəxsin dediyinə görə, Şirəliyevin istefaya göndərilməsiylə bağlı siyasi qərar var. Nazirin yaxın günlərdə işdən çıxarılacağı şübhə doğurmur.

Mənbə bildirdi ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri zamanı Oqtay Şirəliyevin onu müşayiət etməməsi də bu amillə bağlıdır. Onun sözlərinə görə, Oqtay Şirəliyevin GoranboyAğstafada mərkəzi xəstəxanaların açılışı mərasimində iştirak etməməsi onun tezliklə yola salınacağına şübhə yeri qoymur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar