Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gəlib...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.
PİA.az xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq. (Report)
***
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
pia.az