Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən marksist bir inqilabçıyam” - Ernesto Kardinal 95 yaşında vəfat etdi...

Nikaraquanın Sandinist inqilabına xidmət edən və Latın Amerikasının ən sevilən şairi, inqilabçı keşiş Ernesto Kardenal 1 mart günü 95 yaşında vəfat etdi...

“Sendika63” qəzeti, Türkiyə, 2 mart 2020-ci il

Roma Katolik Kilsəsinin inqilab əleyhinə olan çağırışını rədd edərək Nikaraqua Sandinist İnqilabına xidmət edən və Latın Amerikasının ən sevilən şairi, inqilabçı keşiş Ernesto Kardenal 95 yaşında vəfat edib. Onun köməkçisi Luz Marin Akosta Kardenalın ölüm xəbərini “AP”yə verdiyi açıqlamada bildirib.

İctimai Xidmət Komissiyası ilə 2016-cı ildə bağlanan Azad Gündəm qəzetinin yazıçısı olan Ernesto Kardenal Martinez 20 yanvar 1925-ci ildə Qranadada anadan olub. Zəngin bir nikaraqualı ailədə anadan olan Kardenal Manaquada və Kolumbiya Universitetinin ədəbiyyat fakültəsində təhsil alıb. O, öz yaradıcılığında Uolt Vitman, Emili Dikinson və Ezra Paunddan təsirlənib. Latın Amerikası və Nikaraqunun acı tarixindən bəhs etdiyi səmimi şeirləri və düşüncələri olan Kardenal gənclik dövrünə qarşı duyduğu həsrəti xatırladan əsərləri ilə məşhur olub. 1962-ci ildə Merlin Monronun yatağında necə ölü tapıldığından bəhs edən “Merlin Monro üçün dua” adlı əsəri də ən məşhur şeirlərindəndir. 80-ci illərdə inqilabın təsirində olan Kardenal DNT-nin sirlərinə və kainatın mənşəyinə heyran olaraq öz şeirlərini elmlə birləşdirməyə başlamışdı. Ölümünə qədər də yaradıcılığında bu mövzunu təkmilləşdirib.

İlk Mədəniyyət naziri

Təhsilini başa vuran Kardenal 50-ci illərdə Nikaraquaya qayıtmış və yoxsulluğa son qoyaraq sosial ədalət əldə etməyi hədəfləyən, marksist mənşəli bir xristian hərəkatının inqilabi tərəfdarı olmuşdu. Eyni illərdə Somoza ailəsinə edilən uğursuz çevriliş cəhdindən sonra ölkədən qaçdı.

1960-cı illərdə qurulan Sandinist Azadlıq Hərəkatının ilk tərəfdarlarından biri olan Kardenal yenidən ölkəyə qayıdıb. Rahib Kardenalın oxuduğu xütbələr də siyasi idi. Kardenalın Somoza rejiminə qarşı söylədiklərindən təsirlənən bəzi tələbələr də həmin vaxtı partizan oldular. 1979-cu ildə qanlı bir inqilab dövründən sonra Sandinistlər hakimiyyətə gəldiyi zaman Kardenal da ölkənin ilk Mədəniyyət naziri oldu.

Nazir olduğu dövrdə ölkə daxilində şeir atelyeləri açan Kardenal Nazirliyin gənc yazıçılara təbliğat məzmunlu şeirlər yazdıqları üçün təzyiq göstərməsini tənqid etmişdi. Kardinal 1987-ci ilə qədər Mədəniyyət naziri vəzifəsində çalışıb. O, 90-cı illərdə Sandinist hökumətdən uzaqlaşmağa başlayıb və son illərdə artan avtoritar idarəçiliyi tənqid edib.

Papa ilə görüş

Vatikan 1980-ci illərdə Roma Papası II Con Paulun rəhbərliyi altında azadlıq mübarizəsinə qarşı təzyiqlərini daha da artırmışdı. 1983-cü ildə Nikaraqua səfərindən əvvəl Papa inqilabı aktiv şəkildə dəstəkləyən Kardenalın və 4 keşişin istefasını tələb etmişdi. Lakin Sandinist hökuməti istefa çağırışını rədd etmiş, lakin Papanın hələ də ölkəyə dəvətli olduğunu bildirmişdi. Aylar sonra Papa bu dəvəti qəbul edərək paytaxt Manaquaya getmişdi. Asfalt yolda rəsmi ziyarətlə qarşılanan Papa xalqı salamlayarkən dövlət xadimləri arasında Kardenalı gördüyü anda salam verməyi saxlamışdı. Digər keşişlər dini paltar geyindiyi halda, Kardenalın əynində ağ rəngli, yaxalıqsız bir köynək geyinmişdi və ağarmış sıx saçları üzərində özünəməxsus papağı var idi. Kardenal papanın əlini öpmək üçün diz çökərkən papa əlini çəkmiş və əsəbi şəkildə barmağını yelləyərək bir neçə söz demişdi.

Daha sonra bir Vatikan rəsmisi Papanın Kardinala “Kilsədəki yerini dəqiqləşdirməyə məcbursan” dediyini bildirmişdi.

“Mən Tanrıya inanan marksist bir inqilabçıyam”

1984-cü ildə Kardenala verdiyi müsahibədə: “Məsih məni Marksa yönləndirdi. Məncə, Papa Marksı başa düşmür. Mənim üçün möcüzə kommunizmdir. Mən Tanrıya inanan bir marksistəm və inqilabçıyam”, demişdi. Verdiyi müsahibədən sonra Kardenalın dini statusu Nikaraqua yepiskopu tərəfindən həmin il ləğv edilib. Kardenal üçün Sandinist inqilabı uğursuz olmuşdu. Buna baxmayaraq, Kardinal həmişə marksist fikirlərinə sadiq qaldı. Ailəsindən heç kimin sağ qalmadığı Kardinal 2015-ci ildə “New York Times”a verdiyi müsahibədə deyib:

“Mən marksistəm. İnqilab demək “mən dünyanı dəyişmək istəyirəm” deməkdir. Müqəddəs Kitab da inqilablarla doludur. Peyğəmbərlər inqilab mesajını daşıyan insanlardır. Biz də dünyanı dəyişmək üçün çalışmağa davam edəcəyik. Bu inqilablar uğursuz oldu, lakin başqaları da gələcək”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar