Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Modern köləlik: Çin dövləti uyğurları məşhur markalarda zorla işlədir...

Çinin uyğur türklərini bəzi dünyaca məşhur markaların fabriklərində zorla işlətdiyi irəli sürülüb...

“Mecra” qəzeti, Türkiyə, 2 mart 2020-ci il

BBC-nin xəbərinə görə, Avstraliya Strateji Siyasət İnstitutu tərəfindən hazırlanan hesabatda 2017-2019-cu illərdə Sincan Uyğur Muxtar Bölgəsindən olan və bir qismi birbaşa olaraq ölüm düşərgəsindən alınan 80 mindən çox uyğur türkünün 83 tanınmış markanın fabriklərində işləməyə məcbur edildiyi ortaya çıxıb.

Həmin insanların “Nike”, “Apple”, “BMW”, “Gap”, “Huawei” və “Dell” də daxil olmaqla 83 tanınmış markanın, tədarük zəncirinin olduğu fabriklərə zorla göndərildiyi ortaya qoyulub.

Uyğurların zorla işlədildiyi fabriklərdən biri

Məruzədə 2017-ci ildən bu yana Sincandan göndərilən uyğur türklərinin getdiyi 9 əyalətdə 27 fabrikin olduğu təsbit edilib və bu insanların Çindəki uyğur türklərinə qarşı “yenidən təhsilin ikinci mərhələsi” olaraq işlədildiyi qeyd olunub.

Hesabata görə, uyğur türkləri özbaşına şəkildə tutulmaq təhdidi ilə üzləşdiyi üçün onların bu fabriklərdə işləməməsi son dərəcə çətindir. Qeyd edilir ki, fabriklərdəki uyğur türkləri ayrı yataqxanalarda yaşamağa, iş saatları xaricində mandarin dərslərinə girməyə və ideoloji olaraq təhsil almağa məcbur edilirlər, davamlı olaraq nəzarət altında tutulurlar və ibadət etmələrinə də icazə verilmir.

Etirazçılar “Çin, ölüm düşərgələrindəki 3 milyon uyğur türkünü azad et” sözləri yazılmış plakatlar tutublar

Hesabatda Çinin və xarici şirkətlərin bu insan haqları pozuntularına, böyük ehtimalla, bilmədən qarışdığı bildirilir və bu şirkətlərə Çindəki fabriklərində çalışan işçilərlə bağlı təcili şəkildə insan hüquqları qiymətləndirməsi aparmaları üçün çağırış edib.

Məruzədə idman geyim markası olan “Nike” üçün idman ayaqqabıları istehsal edən bir fabrikin tikanlı məftillərlə əhatə olunduğu, fabrikdə nəzarət qülləsi, kameralar və polis köşkləri olduğu vurğulanır və əlavə edilir ki, Çinin səlahiyyətli şəxsləri sincanlı insanların ticarət məqsədi ilə zorla işlədilmədiyini iddia ediblər.

Çində son illərdə uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində “təhsil mərkəzi” adı altında fəaliyyət göstərən düşərgələr vasitəsilə uyğur türklərinin kimliyinə və mədəniyyətinə qarşı olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Pekinin “peşə təhsili mərkəzləri” adlandırdığı, lakin beynəlxalq ictimaiyyət tərəfindən “yenidən təhsil düşərgələri” hesab etdiyi yerlərdə ən azı 1 milyon uyğur türkü öz istəyi olmadan orada zorla saxlanılır.

Pekin rəhbərliyi Sincan Uyğur Muxtar Bölgəsində neçə düşərgənin olması, bu düşərgələrdə neçə nəfərin yerləşdiyi və bu insanlardan neçəsinin sosial həyata qayıtması barədə məlumat vermir.

Çin dövləti bölgədə yaşayan müsəlman uyğurlarına Çin dili təhsili ilə peşə və mədəniyyət kursları verdiyini iddia etdiyi bu düşərgələrin vəziyyəti ilə bağlı heç bir dəqiq məlumat paylaşmadığı üçün bu durum beynəlxalq ictimaiyyəti dərindən narahat edir.

BMT İnsan Hüquqları Şurasına üzv olan 22 dövlət 2019-cu ilin iyul ayında Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə və digər azlıqlara qarşı olan rəftarını tənqid edən və kütləvi həbsin dayandırılması üçün çağırış edən bir məktub imzalamışdı.

BMT və digər beynəlxalq təşkilatlar düşərgələri nəzərdən keçirmək üçün yenidən çağırışlar edərkən, Çin indiyə qədər özünün müəyyən etdiyi bir neçə düşərgənin az saylı xarici diplomat və mətbuat üzvləri tərəfindən görülməsinə icazə verib. Çin hakimiyyəti BMT rəsmilərinin birbaşa məlumat almaq üçün ərazidə sərbəst araşdırma aparmaq tələbini rədd edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar