Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar deputat vəsiqəsinə həsrət qala bilər

Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxaraq qərar verəcək...

PİA.az xəbər verir ki, Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alacaq və ona deputat vəsiqəsi verəcək.

Başqa sözlə, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunmayıbsa və ya fəaliyyətinə xitam verməyibsə, ona deputat vəsiqəsi verilə bilməz. Bu, Konstitusiyada da əksini tapıb. Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə əsasən, icra hakimiyyəti sistemində qulluq edən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Eyni zamanda Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Seçki Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməlidir.

Qeyd edək ki, 5 mart tarixində Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclası bir həftə ərzində keçirilməlidir. Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Yəni, yeni seçilmiş Milli Məclisin ilk iclası martın 12-dək keçiriləcək.

Beləliklə, icra hakimiyyəti sistemində qulluq edən şəxslərin MSK tərəfindən deputat kimi qeydə alınması və onlara deputat vəsiqəsi verilməsi üçün ya icra hakimiyyəti sistemindəki vəzifələrindən azad olunmalı, ya da onlar fəaliyyətlərinə xitam verməlidirlər. Başqa sözlə, əgər həmin şəxslər Milli Məclisin martın 12-dək keçiriləcək ilk iclasında iştirak edəcəklərsə, bunun üçün həmin vaxta qədər ya icra hakimiyyəti sistemindəki vəzifələrindən azad olunmalı, ya da onlar fəaliyyətlərinə xitam verməlidirlər. Yaxud ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Məhz bu halda onlar deputat vəsiqəsi ala bilərlər. Bu müddətə qədər MSK onları deputat kimi qeydiyyata almayacaq və deputat vəsiqəsi verməyəcək.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahov və icra hakimiyyəti orqanlarında çalışan daha bir neçə nəfər MSK-nın yekun protokoluna əsasən deputat seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. (APA)

pia.az


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar