Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məsti-xumar" oynayan müəllimədən açıqlama: "Dərs vaxtı çəkilməyib"

“Yorğunluğumu çıxarırdım...”...

“Məsti Xumar”ı oynayan qadın müəllim danışdı: 

Bakıda məktəbdə “Məsti Xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.

İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli sözügedən görüntünün ona aid olduğunu bildirib:

“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm.Bu video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.

Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.

Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?

Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.

Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib.

Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.

Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı. 20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar. Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Bu gün həmçinin dərs dediyim şagirdlərimdən ən yüksək vəzifələrdə çalışanları da qeyd etmək istəyirəm”.

Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: “Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”. (Unikal.org)

***

Azərbaycanda müəllimin xoşagəlməz görüntüsü yayılıb.

PİA.az-ın xəbərinə görə, müəllim sinifdə “Məsti Xumar” mahnısına qoşaraq rəqs etməyə başlayıb. Bu azmış kimi müəllim rəqs etdiyi vaxt çay içməyə başlayıb. Müəllimin məktəbdə belə addım atması sosial şəbəkələrdə qınağa səbəb olub. (Unikal.org)

pia.az

 


Etiket: Müəllimə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar