Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - Foto

Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib...

PİA.az-ın xəbərinə görə, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.

Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevə Zalsburqdakı yarışda finala çıxmış ukraynalı Stanislav Qorunanın çatması mümkünsüzdür. 4957,5 xalla altıncı sırada olan II Avropa Oyunlarının qalibi Zalsburqda, həmçinin bundan sonrakı yarışlarda (Rabat Premyer Liqası və Bakıda keçiriləcək Avropa çempionatı) qızıl medal qazansa belə, Rafaeli keçə bilməyəcək.

Bu, karate millimizin Olimpiadaya ikinci vəsiqəsidir. Daha əvvəl +61 kq çəki dərəcəsində dünya çempionumuz İrina Zaretskaya Dubaydakı Premyer Liqa yarışından sonra Olimpiadaya vəsiqəni rəsmiləşdirmişdi.

Bununla da Azərbaycandan Olimpiadaya gedəcək idmançıların sayı 13-ə çatıb.

Digər 11 idmançı bunlardır: Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletika: çəkicatma), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş), Elçin Əsədov (şose velosipedi), Milad Beiqi (taekvondo).

pia.az


Etiket: Rafael Ağayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar