Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Xəzərdəki ən böyük donanma bizə məxsusdur"- İlham Əliyev

Prezident bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib...

"Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz - Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Dövlət başçısı bildirib: "Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırmışdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var. Hazırda həm bizim, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodumuz var. Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri - Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub".

pia.az




Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar