Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

İdibdə baş verən açıq qarşıdurma Rusiya-Türkiyə münasibətlərini hara daşıyır və İdlibdə baş verənlər qlobal güclərin qarşılıqlı münasibətlərinə necə təsir edə bilər?..

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri: “Tarix boyu Rusiya-Türkiyə strateji ortaqlaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir”.

Suriyada Türkiyə Rusiya ortaq strateji əməkdaşlığı taktiki idi. İki ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu və bitdi”. 

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Suriyada Rusiya-Türkiyə müttəfiqlilinin pozulmasını və baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi artıq Türkiyə ilə Rusiyanın dəstəklədiyi Əsəd rejimi arasında açıq müharibə gedir. Dünən fevralın 27-də axşam saatlarında Suriyanın şimalında Türkiyə ordusunun hərbi konvoyuna endirilən güclü hava zərbələri nəticəsində həlak olanların sayı 33-ə çatıb, daha 32 hərbçi isə yaralıdır. Bu rəqəmləri yaralıların və həlak olanların daşındığı Hatay vilayətinin valisi Rahmi Doğan jurnalistlərə açıqlayıb.

Türkiyə tərəfi hava zərbələrinin Bəşər Əsəd rejimi, yaxud Rusiya tərəfindən endirildiyini dəqiqləşdirmir. Lakin xarici mənbələr hava zərbələrini Rusiya Hava Kosmik Qüvvələrinin endirdiyini bildirir. Bu, Türkiyə ordusunun Suriyada verdiyi ən ağır itkidir.

Dünəndən başlayaraq Türkiyə ordusunun Suriya ərazisinə endirdiyi hava və yerüstü zərbələr nəticəsində Bəşər Əsədə sadiq qüvvələrə məxsus maşın karvanı məhv edilib. “M-5” beynəlxalq şossesi (şimal-cənub) ilə hərəkət edən Suriya ordusunun əsgərləri bombardman edilib.

Türk qüvvələrinin artilleriyası Hələbin şimalında Tel-Rifaat şəhərində Suriya qoşunlarının mövqelərinə də intensiv atəş açır.

Bu arada Türkiyənin rəsmi xəbər agentliyi “Anadolu” bildirib ki, son iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya hökumət qoşunlarının 130-a yaxın hərbi texnikasını sıradan çıxardıb. 17 gün ərzində Türkiyə ordusunun hücumları zamanı 55 Suriya tankı, 18 zirehli və 21 hərbi maşın, 29 haubitsa və üç vertolyot məhv edilib, 1 700 hərbçi zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, hava hücumunun həyata keçirildiyi Behun bölgəsində Türkiyə əsgərlərinin olmaları barədə onlarda məlumat olmayıb. Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, həmin bölgədə türk əsgərlətinin olması barədə Ankara onları məlumatlandırmalıydı və ümumiyytlə o bölgədə türk əsgərləri olmamalıydı.

Ankara isə əsgərlərinə edilən hücumu NATO-ya edilən hücum kimi dəyərləndirib. NATOdan isə bildiriblər ki, Alyansın Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək. Alyansın rəsmi saytında verilən məlumata görə Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, Türkiyənin Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirilməsi tələbinin ardından NATO-ya üzv 29 ölkənin səfirlərini özündə birləşdirən Şimali Atlantika Şurası bir araya gələcək. Qeyd edək ki, Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, hər hansı bir NATO müttəfiqinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa həmin ölkə məsləhətləşmə tələb edə bilər.

İdibdə baş verən açıq qarşıdurma Rusiya-Türkiyə münasibətlərini hara daşıyır və İdlibdə baş verənlər qlobal güclərin qarşılıqlı münasibətlərinə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməldaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Türkiyə əvvəlki siyasətinə qaytımaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək”.

Putin Ərdoğanla görüşənədək magistral yollara nəzarəti ələ almağa və İdlibdə güclü mövqeyə sahiblənməyə çalışdığını düşünən politoloq PİA.az-a açıqlamaslnda bildirib ki, Rusiya nəticədə Türkiyəni masada güzəştlərə məcbur etmək istəyirvə hətta Türkiyəni tamamilə Suriydan çıxarmağa çalışır:

Suriyada Türkiyə Rusiya ortaq strateji əməkdaşlığı taktiki idi. İki ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu və məncə artıq bitdi. Rusiya ABŞ-Türkiyə əlaqələrinin pozulması üçün bu günə qədər çalışdı. Türkiyəni Qərbdən ayırmaq üçün bütün imkanlarını səfərbər etdi. Sonunda meydanda Ankaranı tək buraxaraq Türkiyəni Suriyadan çıxarmaq planını reallaşdırmaq üçün xeyli işlər gördü və İdlibdə bunu reallaşdırmağa çalışır.

Qeyd edim ki, ABŞ və və İsrail yalnız Əsədə zərbələr endirməklə Türkiyəni bu meydanda tək buraxmayacaq. Artıq, Türkiyə əvvəlki siyasətinə qayıtmaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək.

Tarix boyu Rusiya-Türkiyə strateji ortaqlaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir. Çünki, Rusiya Türkiyəni öz imperiya maraqlarına və geosiyasətinə təhdid görür. İki ölkə Qaradənizdə, Cənubi Qafqazda və Yaxın və Orta Şərqdə rəqibdirlər.

Ankara Rusiya ilə iqtisadi və enerji əlaqələrini zəiflədəcək və Moskvadan asılılığı qaldırmağa çalışacaq.

Məhəmməd Əsədullazadə: “Rusiya düşünür ki, Türkiyə bu hücumlar qarşısında Ankara geri çəkiləcək. Amma, Türkiyə daha da irəli gedəcək”.

Bu müddət ərzində prezident R.T.Ərdoğan kifayət qədər Türkiyəni Rusiyaya yaxınlaşırdı. Amma, Rusiya Türkiyənin Liviyada və Suriyada heç bir maraqlarını və təhlükəsizliyini nəzərə almadı. Ankara baş verənlərdən nəticə çıxaracaq. Rusiyanın bu siyasətini Suriyada cavabsız qoymayacaq.

Rusiya çalışır ki, İdlibdə M4 və M5 strateji marşutu ələ keçirsin və İdlibdən Türkiyəni çıxarsın. Tərəflər arasında diplomatik danışıqlar da nəticəsiz bitir. Dünən Ankarada Rusiya heyəti ilə danışıqlar baş tutmadı və ardınca Rusiya Əsədin əli ilə Türkiyə hərbiçilərinə geniş hücum etdi. Putin çalışır ki, Ərdoğanla görüşənədək bu magistral yollara nəzarəti ələ alsın və İdlibdə güclü mövqeyə sahiblənsin. Nəticədə masada Türkiyəni güzəştlərə məcbur etsin.

Ümumiyyətlə Əsəd Rusiyanın icazəsi olmadan belə bir hücuma risk etməzdi və İŞİD tərəfindən darmadağın edilən ordusunda bu kimi silahlar və güclü heyəti yoxdur.

Rusiya düşünür ki, Türkiyə bu hücumlar qarşısında Ankara geri çəkiləcək. Amma, Türkiyə daha da irəli gedəcək. Suriyada yeni mərhələ başlayır və Rusiya-Türkiyə ortaq kordunasiyası sona yetdi. Yerini ABŞ və Türkiyə əməkdaşlığına verdi. Suriyada İsrail, ABŞ və Türkiyə ortaq əməliyyatlar keçirib, Rusiyaya ciddi problemlər yaradacaqlar.

Məhəmməd Əsədullazadə: “Artıq Əsədə qarşı terrorçu qruplar deyil, böyük dövlətlərin orduları hücuma keçə bilər”.

Göründüyü kimi Rusiya Türkiyə əməkdaşlığı mövsümüdür və tərəflərin birgə maraqları tarix boyu davamlı şəkildə ortaq olmayıb.

Liviyada, Aralıq dənizində və Suriyada Rusiya Türkiyə əməkdaşlığı mümkün deyil. Və Ankara öz müttəfiqlərinin dəstəyini almayınca Rusiya Ankaranın üzərinə yeriyəcək.

Regionda vəziyyət mürəkkəbləşir. Proses Əsədin devrilməsi ilə bitə bilər. Artıq Əsədə qarşı terrorçu qruplar deyil, böyük dövlətlərin orduları hücuma keçə bilər. Rusiya Əsədə görə ABŞ, Türkiyə və İsrailə qarşı gələ bilməyəcək.

Rusiyaİran min kilometrlərlə məsafədən gəlib Suriyada nə gəzirsə, Türkiyə öz mənəvi sərhədləri daxilində öz təhlükəsizliyini qoruyur və Suriyada kənar güc deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar