Şənbə, 28 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib...

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Başsağlığında deyilir:

Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.

Allah rəhmət eləsin”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Koronavirus haqqında danışanlar həbs ediləcək – Qadağa

Rusiyanın baş epidemioloqu may ayında koronavirusun vəziyyəti barədə proqnoz verdi

İlham İsmayıl: “Bu, bir qorxu psixologiyasıdır”

Karantin dövründə Bakıya bu şəxslərin buraxılmasına icazə veriləcək

Prezident ETSN-nin fəaliyyəti ilə bağlı fərman imzaladı

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - Rəsmi

Beynəlxalq reytinq agentliyindən manatla bağlı proqnoz

loading...

Ən çox oxunanalar