Daha bir neçə ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb...
PİA.az xəbər verir ki, üç ölkədə - Litva, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.
Məlumata görə, Yeni Zelandiyada koronavirusa yoluxmuş şəxs 60 yaşlı qadındır. O, daha öncə İrana səfər edib.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. (Report)
pia.az