Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin istefaya göndərdiyi generallar haqda maraqlı faktlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 3 generalını - Cəbrayılov Asif Mikayıl oğlu, Xəlilov Əsgər Sabir oğlu, Tağı-zadə Fərhad Sabir oğlu istefaya göndərib...

PİA.az xəbər verir ki, Unikal.org istefaya göndərilən generallarla bağlı araşdırma edib. Məlum olub ki, hər 3 general DSX-nin ən yüksək vəzifəli zabitləri olub.

General-leytenant Asif Cəbrayılov


İlham Əliyevin istefaya göndərdiyi generallar haqda maraqlı məlumatlar- DSX rəisinin əməliyyat-axtarış işi üzrə müavini vəzifəsində çalışıb. 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, Azərbaycan konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

General-leytenant Əsgər Xəlilov


İlham Əliyevin istefaya göndərdiyi generallar haqda maraqlı məlumatlar– 1955-ci ildə Şəki şəhərində anadan olub. 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirdikdən sonra Moskva şəhərində Ali Sərhədçilər Məktəbinə daxil olmuş və 1976-cı ildə oranı müvəffəqiyyətlə qurtarıb Sərhəd Zastavasında xidmətə başlamışdır. 1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırıb və buranı bitirdikdən sonra Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib. 1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 –1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib və 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ona general-mayor yüksək hərbi rütbəsi verilib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanıdır. 2018-ci il avqustun 16-da general-leytenant hərbi rütbəsi daşıyır. "Hərbi xidmətlərə" medalı (2002); "Vətən uğrunda" medalı; "Azərbaycan Bayrağı" ordeni; "Hərbi xidmətlərdə fərqləndiyinə görə" III dərəcəli medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

General-leytenant Fərhad Tağı-zadə


İlham Əliyevin istefaya göndərdiyi generallar haqda maraqlı məlumatlar– Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Qeyd edək ki, bu gün istefaya buraxılmaları ilə əlaqədar general-polkovnik Elçin Quliyevin iştirakı ilı təntənəli tədbir keçirilib.

3-cü dərə­­cəli "Rəşadət" ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, bütün xidməti fəaliyyətləri dövründə Dahi Öndər Ümummilli Liderimiz Heydər Əliyevə və cənab Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd etmişlər. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

pia.az


Etiket: İlham Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar