Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nizamlı düzən siyasətinin iflası və ABŞ-ı Bizans kimi tarixin zibilliyinə atmaq istəyənlərin savaşı…

Tarix hər zaman uzun çəkən müharibələr və siyasi meyillər barədə yazılıb…

Onur Sinan Güzaltan

“Yeni Şafak” qəzeti, Türkiyə, 26 fevral 2020-ci il

1683-cü il II. Vyananın mühasirəsi Osmanlı İmperatorluğunun Avropa torpaqlarında çatdığı bir zirvədir və eyni zamanda, 4 əsr davam edən geri çəkilmənin başlanğıcıdır.

1942-1943-cü illər arasında davam edən Stalinqrad müharibəsi almanların ən yaxşı həmləsi olmaqla yanaşı, həm də nasistlərin məğlubiyyətinin başladığı müharibədi idi.

Sovet hakimiyyətinin dağılması 1989-cu il Berlin divarının yıxılmasına bənzədilir.

İdlibdə yazılan tarix

İdlib isə Türkiyənin II İkinci Dünya Müharibəsindən bəri, xüsusilə də son 5 ildə güclü şəkildə tətbiq etdiyi və ABŞ-la Rusiya arasındakı nizam siyasətinin iflasa uğradığı bir şəhər kimi tarixə düşə bilər.

1952-ci ildə NATO vasitəsilə Atlantikə bağlanmış Türkiyə Menderes, Dəmirəl və Əcəvit dönəmlərində Atlantikin təzyiqlərinə qarşı bəzən Sovet hakimiyyəti ilə əlaqələri düzəltmək üçün həmlələr etsə belə, bu düşərgədən tamamilə çıxmamış və ya çıxa bilməmişdi.

Atlantik dəstəkli 15 İyul 2016-cı il çevriliş cəhdindən əvvəl və sonar Türkiyədəki mövcud iqtidar Atlantik İttifaqına qarşı 1938-dən sonra respublika tarixində, bəlkə də, ilk dəfə bu qədər komkret mövqe nümayiş etdirib. Bu dövrdə Avrasiya və Asiya ölkələri, xüsusən də Rusiya ilə münasibətləri dərinləşdirmək siyasəti həyata keçirilib.

Astana Prosesi, S-400 müdafiə sistemlərinin alınması, “Akkuyu” Nüvə Elektrik Stansiyası, İrana qarşı tətbiq edilən embarqonu aşmaq üçün görülən işlər, Türk Axını Layihəsi və Bir Kəmər Bir Yol layihəsində iştirak etmək cəhdləri yeni tendensiyanın konkret addımlarına çevrilib.

FETÖ və Suriyanın şimalına axan PKK/YPG-yə qarşı ölkədə aparılan hərbi və hüquqi mübarizə də Atlantik və onun əlaltıları ilə açıq şəkildə mübarizə aparmaq idi.

Türkiyədə ABŞAvropa imperializminə qarşı çıxan qüvvələr isə bu addımları müstəqil Türkiyə üçün atılmış bir addım kimi qiymətləndirib, dəstəkləyiblər.

Lakin İdlib təcrübəsi bir daha göstərir ki, hökumət Vaşinqtonla Moskva arasındakı nizam siyasətinə və bunu “müstəqil xarici siyasət” kimi təqdim etməyə davam edirlər.

Əhməd Davudoğlu dövrünün izlərini daşıyan xarici siyasət xətti bu gün İdlibdə ilişib qalıb. Bu ilişib qalan şey isə Atlantikdə qalmaqla “tarazlığı” saxlamağa çalışan inzibati və xarici siyasət ənənəsidir. Bu ənənə bəzən Kipr hərəkatı nümunəsində olduğu kimi Atlantikə qarşı çıxmağa meyil göstərsə də, əslində, NATO-nun və Qərbin ətrafında mövqe tutmuş bir Türkiyə modelini dəstəkləyir.

Bu gün AKP-nin və müxaliflərin içində belə ən geniş xarici siyasət meyli “Qərb ittifaqı içində Türkiyə” modelidir. Bu qruplar Davudoğlunun NATO meyilli olmasını deyil, bu günə qədər NATO ilə müdafiə olunan milli maraqlar məsələsində güzəştə gedilməsini tənqid edirlər.

Xülasə, iqtidarın və müxalifətin əsaslandığı xarici siyasət ənənəsinin Atlantik və NATO ilə əsaslı bir problemi yoxdur.

Hulusi Akarın açıqlamaları

Müdafiə naziri Hulusi Akarın 20 fevralda ekranlarda vurğuladığı siyasi xətt İdlibdəki tarazlıq siyasətinin düşdüyü vəziyyəti ortaya qoyub. Akar eyni cümlədə Moskva və Vaşinqtona əməkdaşlığına işarə etməli olub və bununla da həll yolunun üstündən xətt çəkib.

S-400-lərin qarşısına Patriotları qoymaq, rusların hərbi və siyasi təzyiqlərini azaltmaq üçün NATO-nu bölgəyə çağırmaq və Trampın hər həmləsində Putini çağıraraq dünyaya mesaj göndərmək davamlı və uğurlu bir siyasət deyil.

Nizam siyasəti İdlib iflas edib və Türkiyənin 60 ildir davam etdirdiyi xarici siyasət xətti bir yol ayrıcına gəlib çatıb. Qurulacaq yeni diplomatiya masaları yolayrıcında edilməli olan seçimi bir neçə ay təxirə sala bilər. Lakin mütləq bir seçim edilməli olacaq.

“Bəşəriyyətin ulduzunun parladığı anlar”

Məqalənin əvvəlində tarixdəki qırılma nöqtələrinə dair nümunələr verdik.

Stefan Sveyq “Bəşəriyyətin ulduzunun parladığı anlar” adlı kitabında bəşər tarixinin qırılma nöqtələrini bəşəriyyəti irəli aparan liderlərin “o anları” vasitəsilə izah edir.

Sveyq “o anları və şəxsiyyətləri” aşağıdakı şəkildə ümumiləşdirir:

“On illik bir qərarın bir təqvimə, bir saata və çox vaxt yalnız bir dəqiqəyə sıxışdırıldığı faciəvi və dağıdıcı anlarla fərdlərin həyatında və tarixin axını içində çox nadir hallarda rastlaşmaq olur. Mən belə anları bəşəriyyətin ulduzunun parladığı anlar adlandırdım. Çünki onlar ulduzlar kimi keçmişin qaranlığına dəyişilməz bir işıq saldılar. Çünki tarix öz kamilliyinə çatdığı bu unikal anlarda kömək üçün uzadılmış əllərə ehtiyac duymur”.

Sveyq kitabında İstanbulun fəthinə rəhbərlik edərək yeni bir dövrün əsasını qoyan Fateh Sultan Mehmetin inqilabi siyasətinə də yer verib.

Bu gün bir çox siyasətçi əyalətlərin nömrələrini saymaqla və 82 İblib və 83 Mosul deməklə Fatehin yolundan getdiklərini iddia edib inqilab oyunu oynayırlar. Ancaq həmin siyasətçilər fəth oyunlarında ilişib qaldıqda ABŞ-ı köməyə çağırmaqdan da utanmırlar.

Vəziyyət tragikomikdir.

Əbdülhəmidin uğursuz nizam siyasətlərinin təkrarı Türkiyənin yaralarına dərman ola bilməz. Həll yolu mümkünsüz olanı reallaşdırıb, gəmiləri qurudan idarə edən və yeni bir yol açmaq iqtidarında olan inqilabi siyasətlərdədir.

Bu günkü Fatehlər ABŞRusiya arasındakı tarazlıq siyasəti ilə qonşularına düşmənlik edənlər deyil, müstəqil xarici siyasət yolunda qonşuları ilə əməkdaşlıq etməyi hədəfləyib, ABŞ imperiyasına qarşı çıxan və onu eynilə Bizans kimi tarixin zibilliyinə atmaq üçün mübarizə aparanlardır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Ramiz Mehdiyev maaşının yarısını fonda ianə etdi

Qlobal pandemiyaya qarşısında aciz qalan ABŞ super güc titulunu itirir...

İslahatların gerçək hədəfi: “mahmudovçu”ların “göyərtədən kənara” atılması yekunlaşır

loading...

Ən çox oxunanalar