Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə birgə hərbi təlimlər başlayır - Foto

Azərbaycan və İran Xəzər dənizində birgə təlimlər keçirəcək...

Reyting.az “Təsnim”-ə istinadla xəbər verir ki, general-mayor Fuad Məmmədov başda olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi heyəti ilə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Hüseyin Xanzadi arasında görüş keçirilib.

Admiral Xanzadi Xəzər dənizinin yerləşdiyi geosiyasi ərazidə qonşu ölkələrin donanmaları arasında qarşılıqlı əlaqələrin vacib komponent olduğunu qeyd edib: “Bu günə qədər Xəzər dənizi ilə bağlı bir çox müzakirələr aparmışıq. Xəzər sahillərində beş hərbi dəniz qüvvəsi var və onlarla bağlı müvafiq razılaşmalar əldə edilib”.

Xəzər dənizinin təhlükəsizliyə ehtiyacı olduğunu vurğulayan tərəflər bildirib ki, regionda təhlükəsizlik kollektiv şəkildə qorunub saxlanmalı və genişləndirilməlidir. “Bu məkanda dəniz donanlarımızın beşi də dialoq, danışıqlar və əməkdaşlıqda iştirak edəcək”.

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələri Komandiri deyib: “İranAzərbaycan donanmaları arasında əməkdaşlıq üçün yaxşı imkanlar var, bu, universitetlər arasında tələbə mübadiləsi əməkdaşlığının ən vacib cəhətlərindən biridir. İranAzərbaycan dəniz qüvvələri arasında dəniz manevrləri keçirməyə hazır olduğunu bəyan edirik".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar