Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cozep Borrell və Elmar Məmmədyarov arasında telefon danışığı olub

Fevralın 25-də Avropa İttfaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub...

PİA.az-ın xəbərinə görə, rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Aİ - Azərbaycan ikitərəfli gündəliyi müzakirə edilib və yeni ikitərəfli sazişlə bağlı danışıqların aparılmasının vacibliyi barədə razılığa gəlinib.

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq barədə Azərbaycan XİN başçısına məlumat verib və Şərq Tərəfdaşlığı siyasətinə yeni təkan verməyin vacibliyini vurğulayıb. Tərəflər qarşıdan gələn Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşünü və iyun sammitini səbirsizliklə gözlədiklərini bildiriblər.

Rəsmilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş perspektivlərini də müzakirə ediblər.

Ali Nümayəndə nazir Məmmədyarova zəlzələdən sonra Albaniya üçün keçirilən Beynəlxalq Donorların konfransında iştirakına və Azərbaycanın verdiyi töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Avropa İttfaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da telefon danışığı olub. (APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar