Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tibb universitetinin tələbəsiylə sevgilisinin intiharı ilə bağlı bilmədiklərimiz

Bulvardakı intiharla bağlı yeni faktlar...

Fevralın 25-də gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Məlumata görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Balahüseyn Zöhrab oğlu bir-birilərini seviblər. Lakin qızın ailəsi onun Balahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Balahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

PİA.az Balahüseynin atası Zöhrab Məmmədovla söhbəti olduğu kimi təqdim edir:

- Zöhrab bəy, oğlunuzun vəziyəti necədir?

- Vəziyyəti çox pisdir. Dünən axşam xəstəxanadan evə buraxıblar. Hazırda kənddəyik. Təzyiqi düşüb, heç kimlə danışmır, yerindən tərpənmir. Ancaq özünü öldürəcəyini deyir. Biz də yanından ayrılmırıq. Gözümüz üstündədir. Qorxuruq ki, intihar edər.

- Oğlunuzla Nəzakətin bir-birilərini sevdiyini deyirlər. Bundan xəbəriniz var idimi?

-Əlbəttə, xəbərimiz var idi. Uşaqlar bir-birilərini məktəb vaxtından istəyiblər. Qızın ailəsini də tanıyırdıq, eyni kənddənik. 3 il bundan qabaq Nəzakətin ailəsinə qadınların vasitəsi ilə xəbər göndərdik. Ailəsi razı olmadı, dedilər ki, qız hələ oxuyur. Bu yaxınlarda uşaqlar dedilər, elçi göndər. Yenə də xəbər göndərdik və razılıq verilmədi. Qızın atası ilə axrıncı dəfə hadisə baş verən gün, gecə saat 12-də hər ikimizə yaxın olan bir ağsaqqalın evində söhbət etdik. Demək olar ki, razılaşmışdıq, amma uşaqlara deyə bilmədik. Telefonları sönmüşdü.

-Balahüseynin Nəzakəti qaçırması ilə bağlı atasının dedikləri doğrudurmu?

-Mən kənddə oluram. Bu barədə məlumatım yoxdur. Qaçırsaydı, Bakıda yaşayan övladlarımın evinə aparardı. Müğdət qızından soruşub ki, qaçırılmısan? Deyib, yox, evdəyəm. Mən oğlumdan soruşdum, dedilər ki, heç nə yoxdur. Yanında olmuram ki, biləm. Oğlum böyük qardaşının yanında qalır. O, "Sədərək" ticarət mərkəzində işləyir. Axşamlar bərbərlik kursuna gedirdi. Hadisə günü axşam 8-ə kimi kursda olub. Sonra da zəng etdi ki, ata, qızla əlaqə saxladım, vəziyyət yaxşı deyil, o, harasa gedir. Mən də həmin gecə Müğdətlə görüşdüm. Razılaşdıq, onun oğlanları da razılıq verdilər. Heyif ki, belə alındı.

- Bəs oğlunuz demədi ki, qız hara gedir, niyə gedir, ümumiyyətlə, nə baş verir?

-Nəzakət yerini desəydi, oğlum gedib onu tapardı. Qız Balahüseynə deyib ki, özümü öldürməyə gedirəm. Mən də onun valideynlərinə demişdim ki, belə bir şey var. Nəzakət oğlumdan 20 dəqiqə qabaq özünü suya atıb.

- Sizcə, Nəzakət özünü niyə öldürüb? Atası razılıq vermir deyə?

-Bəli, atası vermədiyinə görə. (Azvision.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: intihar

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

190 manat pulu almaq istəyənlərin nəzərinə - Qaydalarla tanış olun

Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

Milli Məclisdə işləyən icra başçılarının və deputatların yaxın qohumları - Siyahı

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İddia

Londonda “taxt oyunları”: Kraliça Elizabetin dövrü bitir...

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edildi - Video

“VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...

Koronavirus evlərdən yan keçmədi - Bakıda evlərin qiyməti ucuzlaşdı

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

loading...

Ən çox oxunanalar