Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə koronavirus: Bölgədəki münaqişələr epidemiya risklərini artırır

Virciniya Pyetromarçi

“Əl-Cəzirə”, 26.02.2020

 

Yeni koronavirus Yaxın Şərqdə sürətlə yayılır, yoluxma halları bölgənin ən az 9 ölkəsində qeydə alınıb, onlardan altısı son bir həftədə ilk infeksiyaları açıqlayıb.

Rəsmi olaraq COVID-19 olaraq bilinən bu xəstəlik 34 ölkəyə yayılıb və qlobal miqyasda 2600-dən çox insanın ölümünə səbəb olub. Virusun ilk dəfə ötən ilin dekabrının sonlarında ortaya çıxdığı Çində o, xüsusilə tüğyan edir.

Çindən kənarda İran ən çox ölüm halına sahibdir, bir həftə ərzində ən azı 15 nəfər virusdan ölüb – bu, Dünya Səhiyyə Təşkilatının (DST) “dərin narahatlıq” adlandırdığı bir inkişafdır.

Hələlik peyvəndi olmayan virus yoluxmuş hər 5 nəfərdən dördündə yüngül xəstəlik yaradır. Ancaq yaşlılar, xüsusən ürək xəstələri və diabetlilər üçün o, ölümcül ola bilər.

Yaxın Şərq və Şimali Afrikadakı (MENA) hökumətlər bölgə müharibə, münaqişə və zəif sağlamlıq sistemlərinə görə baş verə biləcək geniş miqyaslı epidemiyadan narahat olduqlarını ifadə edirlər.

MENA-nın hansı ölkələri Koronavirusa yoluxmanı təsdiqləyiblər?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə ilk olaraq COVID-19 hadisəsini qeydə alıb. Yanvarın 29-da BƏƏ-nin Səhiyyə Nazirliyi epidemiyanın mərkəzi olanə Çinin Uhan şəhərindən gələn bir çinli ailənin dörd üzvündə virusa yoluxmaya müsbət test aşkarlandığını açıqlayıb. O vaxtdan daha 9 yoluxma hadisəsi təsdiqlənib.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, fevralın 14-də Misirdə, Qahirədə bir əcnəbinin Koronavirusa yoluxduğu məlum olub.

Fevralın 19-da İran Qum şəhərində virusa müsbət test nəticəsi məlum olduqdan sonra 2 yaşlı insanın öldüyünü bildirib. Səlahiyyətlilər bu vaxta qədər 95 yoluxma və 15 ölüm hadisəsinin olduğunu açıqlayıblar.

Livan ilk yoluxmanı 21 fevralda təsdiqləyib: bu, İrandan qayıdan 45 yaşlı livanlı qadındır.

İsrail də ilk hadisəsini eyni gündə bildirib. Yaponiya sahillərində karantində olan kruiz laynerindən evakuasiya edilən bir israilli qadın evə qayıtdıqdan sonra onda müsbət test müəyyən edilib.

Fevralın 24-də Küveyt, Bəhreyn, İraq və Oman ilk hallarının, bütün xəstələrin yoluxmadan əvvəl İranda olduğunu bildirməklə açıqlayıb.

Hansı ölkələr ən çox risk altındadır və niyə?

İnfeksiya barədə məlumat verən 9 Yaxın Şərq ölkəsində 5 ilk halın hamısı İrandan gələn səyahətçilərlə əlaqəlidir. Bu ölkələr Livan, Küveyt, Bəhreyn, İraq və Omandır.

BƏƏ də ölkədəki son infeksiya hallarının bir İran turisti və arvadına aid olduğunu söyləyib.

DST-nin Şərqi Aralıq dənizi üzrə regional nümayəndəsi doktor Əbdinasir Əbubakarın sözlərinə görə, bu baxımdan birbaşa risk İranla sıx əlaqəli ölkələrə aiddir. “Yaxın Şərqdə Türkiyə, İraq kimi İranla həmsərhəd və böyük şiə icmalarına sahib ölkələrə Koronavirusun idxalı riski ən yüksəkdir”.

İranda infeksiyaların ən çoxu mühüm şiə ziyarətgahlarının və mədrəsələrin yerləşdiyi Qum şəhərində qeydə alınıb. Şəhər Livan, İraq, Bəhreyn, Yəmən və Küveyt də daxil olmaqla, əhəmiyyətli şiə əhalisi olan ölkələrdən milyonlarla zəvvarı özünə cəlb edir.

Üstəlik, ərazisində Çin işçisi olduğu üçün Cibuti də virusun idxal riski yüksək olan ölkə sayılır.

Epidemioloq Əbubakar ən çox risk altına alınan ölkələrin ikinci sinfinə İraq, Suriya, Yəmən və Liviya kimi münaqişələrin təsiriylə zəifləmiş və sağlamlıq sistemlərinin axsaq olduğu dövlətləri aid edir. “Mürəkkəb fövqəladə hallarla qarşılaşan bu ölkələr Körfəzdəki ölkələrlə müqayisədə , zəif səhiyyə sistemləri, zəif infrastrukturlara malikdir. Suriya, Yəmən, Liviya barədə heç danışmağa dəyməz… Bəzi laboratoriya qabiliyyətləri var, ancaq bu ölkələrə Koronavirus peyda olsa, yəqin ki, çox ciddi narahat olmalıyıq”.

MENA hökumətləri nə etməlidir?

İranda hakimiyyət virusa yoluxmuş xəstələrin müalicəsi üçün 230 xəstəxana ayırıb və virusun olduğu Qumdakı məktəb və universitetləri bağlayıb. Film nümayişləri, mədəniyyət tədbirləri və futbol matçları ləğv edilib və paytaxtda işçilər hər gün Tehran metrosunda sanitariya tədbirləri görürlər.

Bu arada, bir neçə qonşu dövlət, Türkiyə, Əfqanıstan, Ermənistan və Pakistan da daxil olmaqla, İranla sərhədlərini bağlayıb. Küveyt İranla bütün hava əlaqələrini kəsib, BƏƏ isə İranın əksər şəhərlərinə uçuşları ləğv edib. Doğrudur, DST bu addımı “lazımsız” adlandırıb.

“Söhbət sərhədləri bağlamaqdan getməməlidir”, – deyə Bazar ertəsi günü DST-nin Cenevrədə olan təmsilçisi Maykl Rayan bildirib. – Risklərin idarə edilməsinə, xəstəliyin idxalı risklərini, xəstəliyin ötürülmə riskini, xəstələrin sağ qalmasını artırmaqdan danışmaq lazımdır”.

Livandakı “Bilik və Siyasət” Mərkəzinin direktoru Fadi əl-Cardali də bu fikri səsləndirərək əlavə edib ki, MENA-da virusun yayılmasına qarşı ən vacib tədbir şəffaflıqdır.

“Ölkələr baş verənləri elan etməli və hər hansı bir məlumatı gizlətməməlidirlər. Bu ictimai sağlamlıq mövzusudur… İnsanlara çaxnaşma deyil, düzgün qiymətləndirmə və müalicə üçün yaxşı təlimat verilməlidir”.

İranda bəziləri hökuməti ölüm halları və infeksiyaya yoluxanların sayı barədə məlumatı gizlətməkdə və kifayət qədər sürətli hərəkət etməməkdə günahlandırdılar, hakimiyyət bu iddia rədd edib.

Beynəlxalq Qırmızı Xaç Federasiyasının MENA bölgəsi üzrə rabitə rəhbəri Rana Sidani Kassu virusa dair yalan iddiaların əleyhinə səylərin artırılmasının vacibliyini vurğulayıb. “Bölgədə səhv məlumatlar virusdan daha tez yayılır”.

Əl-Cərdəli virusa yoluxmuş insanların müalicəsinə diqqət yetirir. Lakin DST-dən olan Əbubakr 2012-ci ildə Səudiyyə Ərəbistanında meydana gələn tənəffüs sindromunun (MERS) yayılmasında bölgədəki sağlamlıq müəssisələrinin səhvlərini qabardır. O zaman çox sayda tibb işçisi virusa yoluxduğundan epidemiyanın yayılması sürətlənib.

MERS virusu 27 ölkəyə yayılıb və 800-dən çox insan həyatını itirib, onların əksəriyyəti Səudiyyə Ərəbistanındadır. MERS, COVID-19-la müqayisədə daha az yoluxucudur. (Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar