Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qumarxanaya çevrilmiş xəstəxanada xəstəni öldürüb oğlundan 9000 manat aldılar

İş məhkəməlikdir: Professor Rüstəm Məmmədovla 9 min manat pulunu alıb ölümünə səbəb olduğu xəstənin yaxınları arasında çəkişmə böyüyür...

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 9000 (doqquz min) manatı alınan xəstənin ölümünə səbəbkar olan ümumi cərrah Rüstəm Məmmədovun səhlənkarlığı və (və ya) tamahkarlığı barədə saytımızda dərc olunan məqalədə ehtiva olunan məsələyə – mərhumun oğlunun boşuna xərclədiyi pulları geri tələb etməsinə münasibətini bildirməsi üçün həkimin özünə zəng vurduq. “Professor” Rüstəm Məmmədov bizi klinikaya dəvət edib ətraflı izah verəcəyini vəd etdi. Lakin əməkdaşımız tibb müəssisəsinə daxil olandan sonra hələ dəhlizdə ikən R.Məmmədovun onu qəbul etməyə heç də həvəsli olmadığını aşkarlamışdır. Belə ki, ilk əvvəl doktor R.Məmmədov baş həkim Ramiz Poluxovla görüşüb icazə almağın vacibliyini deyib. Əməkdaşımız xeyli səy göstərəndən sonra professor Poluxovla əlaqə saxlayıb. Baş həkim öz növbəsində R.Məmmədovla görüşməkdə heç bir maneənin olmadığını deyib. Rüstəm Məmmədov isə bildirdi ki, yenidən onun qəbuluna düşmək üçün qəbul şöbəsində qeydiyyata düşməliyik.Biz qeydiyyat şöbəsinə yaxınlaşanda isə bildirdilər ki,30 manat ödəməlisiniz.Nəhayət, R.Məmmədovun işlədiyi şöbəyə qalxmağa nail olan əməkdaşımız bir neçə həkimin domino oynadığının, üçüncüsünün – R.Məmmədovun isə onların hesabını yazdığının şahidi olub.

Söhbət əsnasında əməkdaşımızla həmsöhbəti ortaq məxrəcə gəliblər ki, mərhum Bayram Fərəcullayevin oğlu Sabirlə telefon əlaqəsi yaradıb səsini ucadanışanla dinləsinlər. Gundemxeber.Az deryaz.az-a istinadla bildirir ki, Sabir Fərəcullayev dəstəyin o başından həkimə qarşı irəli sürdüyü ittihamı yenidən səsləndirib. Rüstəm həkimə bir daha xatırladıb ki, o, analiz nəticəsində metastaz (xərçəngin yayılması) aşkarlanan xəstənin əvvəlcə mədəsində, sonra da qaraciyərində cərrahi əməliyyat (xərçəngli şişlərin götürülməsi) aparmamalıydı, onu kimya terapiyasına ehtiyaclı olduğu üçün Milli Onkologiya Mərkəzinə göndərməliydi. Bildirib ki, həmkəndli olduqlarına görə etibar edib onun yanına gəliblərmiş, inanırmışlar ki, xəstənin taleyinə həssas yanaşacaq, səmimi olacaq, daha başqa üzdəniraq həmkarları kimi nəyin bahasına olursa-olsun özünün və işlədiyi müəssisənin gəlirini artırmaq naminə tanıdığı xəstə yiyəsini lüzumsuz xərclərə salmayacaq. O isə əksinə, etimaddan sui-istifadə edib, xəstənin adamlarına guya baş vermiş tomoqrafiya səhvindən danışıb, onları qorxudub ki, xəstə təcili əməliyyat olunmasa, 90 faiz ölüm riski var. Yersiz müdaxiləsinin axırı da letal sonluqla nəticələnib. Bunu eşidən doktor Məmmədov telefon bağlantısında S.Fərəcullayevlə razılaşmayaraq onun boynuna qoymağa çalışıb ki, mərhumun qardaşı və qızı guya onun metastazlı vəziyyətində üzərində cərrahi əməliyyat aparılmasına razılıq veriblərmiş. S.Fərəcullayev də öz növbəsində deyib ki, hətta o cür ağır vəziyyətdə olan xəstənin yaxınları razılıq vermiş olsaydılar da, həkimin elə qərar verməyə ixtiyarı yox idi, çünki o, ümumi cərrahdır, cərrah-onkoloq deyil. Bu zaman Məmmədov özündənrazı halda bildirmişdir ki, Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqları onun tələbələri olub, onları özü öyrədib. Əlavə edib ki, S.Fərəcullayev əgər mərhum atasının ölümündə onu təqsirkar hesab edirsə, Səhiyyə Nazirliyinə, məhkəməyə, ümumiyyətlə, hara istəyir şikayət edə bilər.

«Əhalinin sağlamlığının qorunması haqqında» AR Qanununun 25-ci maddəsində Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ təsbit olunub: «Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur…»

Əgər ATU-nun Tədris-Cərrahiyyə Klinikasının vəzifəli şəxsləri (bizim misalda doktor R.Məmmədov) Qanunun tələblərinə tam riayət edərək: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmişlərsə; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmişlərsə; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə səhih məlumat vermişlərsə və üzərlərinə düşən digər vəzifələri yerinə yetirmişlərsə, demək, həkim R.Məmmədovun qeyd etdiyi “tomoqrafiya səhvi” də həmin rəsmi sənədlərdə öz əksini tapmalıydı. Amma bizim tanmıdığımız (artıq tanıdığımız) doktor R.Məmmədovun dilində dediyi sözləri kağız üzərində imzası ilə təsdiqləyəcəyi ağlabatan görünmür. Hərçənd, iş məhkəməlik olsa, bu yazıda istinad etdiyimiz məlum telefon danışığını təqdim etməyə hazırıq.
Mövzuya qayıdacağıq.(Gundemxeber.Az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar