Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı faciəsinin qurbanı: “Soydaşlarımızın əlləri, ayaqları kəsilmişdi, 80 meyiti bir maşına yığdım”

Bunu dəhşətli faciənin qurbanlarından olan Xocalı sakini Məhərrəmov Murad Cəmil oğlu danışıb...

Xocalı faciəsindən 28 il keçib. Amma inanın ki, bizim üçün bu faciənin ağrıları hec keçmir. O uşaqların səsləri dünənki kimi qulağımdadı. Mənim böyük qardaşım həmin gecə atışmalarda həlak oldu. Onun həyat yoldaşını da ermənilər qətlə yetirdilər. Onlardan geriyə bizə beş yetim körpə qaldı. O uşaqlar bu hadisəni, həyatlarında buraxdığı izi hələ də unuda bilmirlər”.

Bunu Oxu.Az-a dəhşətli faciənin qurbanlarından olan Xocalı sakini Məhərrəmov Murad Cəmil oğlu danışıb.

Onun ailəsi də bu faciənin qurbanıdır. Ailədə 5 uşaq olublar. Faciənin yaşandığı gün ailənin böyük oğlu ermənilər tərəfindən qətlə yetirilib:

“Zirzəmilərdə xəbərsiz qalan 50-dən çox adamdan xəbərimiz olmadı”

“Bu barədə danışmaq mənim üçün çox ağırdır. Xocalı qətliamından 28 il keçib. Amma o hadisələrin bizə vurduğu yaralar sağalmır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər bizi mühasirəyə aldı. Həmin vaxt nə baş verdiyini başa düşmədik. Xocalı faciəsinə qədər də kəndləri fasilələrlə atəşə tuturdular. Hər axşam qadınlar, qocalar, uşaqları qorumaq üçün gizli zirzəmilərə yığırdıq. Amma gözləmirdik ki, həmin gecə belə hücuma keçərlər.

Əslində daha əvvəlcədən eşidirdik ki, fevralın 28-də ermənilər Xocalıya hücum edə bilər. Amma gözləmirdik. Ermənilər qadın, kişi, uşaq fərq qoymadan hər kəsi güllələdilər. Atışma başlayan kimi ilk olaraq zirzəmidə olan qadınları, uşaqları kənddən çıxarmağa çalışdıq. Biz onları çıxarıb arxa yol ilə aparmaq istəyirdik. Amma təəssüf ki, buna nail ola bilmədik. Onlar yarı yolda ermənilər tərəfindən qətlə yetirildilər”.

Müsahibim deyir ki, Ağdam-Şuşa yolunun yaxınlığında qurulan pusquda böyük qardaşını itirib:

“Qardaşım beş uşağını bizə tapşırdı və güllə qarşısına çıxdı”

“Bir gün əvvəl anamgili, qardaşımın uşaqlarını Ağdama aparmışdıq. Onlar həmin gecə kənddə deyildi. Biz əvvəl Xankəndində yaşamışıq. Oradan Şuşaya, daha sonra da Xocalıya gəlmişdik. Həmin gecə döyüşlərdə qardaşım Vaqif Məhərrəmov və onun həyat yoldaşı həlak oldular. O biri qardaşım isə 8 güllə yarası alaraq ağır yaralandı. O vaxt subay idim. Böyük qardaşıma yalvardım ki, özünü qoru, uşaqların var. O məni eşitmədi. Onun beş yadigarını bacımla mən böyütmüşük. Bacım qardaşımın uşaqlarına analıq edib”.

Murad Məhhərəmov deyir ki, öldürülən soydaşlarımızın meyitlərini maşına yığanlardan biri də o olub:

“Meyitlərin əlləri, ayaqları kəsilmiş, qan içində idi. 80 meyiti bir maşına yığmışdıq”

“İnsanlar gözlərimin qarşısında işgəncələrlə öldürüldü. Onlar qışqıraraq qaçmağa çalışırdılar. Körpələri qorumaq üçün böyüklər özlərini güllə qabağına sipər edirdilər. 50-yə yaxın soydaşımız elə zirzəmilərdə qaldı, onların aqibətindən xəbərimiz olmadı. Neçə ailə evin içərisində diri-diri yandırıldı. Evlərə raket atırdılar. O gecə barədə danışmaq, yaşadıqlarımızı təsvir etmək çox çətindir. Həmin ərəfədə mən Cəfər Təpəsi deyilən postda idim. Hər kəs insanların kənddən çıxarılması üçün çalışırdı. Lakin buna nail ola bilmədik”.

“O biri qardaşım 8 güllə yarası aldı. Anam və atam bu ağır dərdə dayana bilməyib vəfat etdilər”

Xocalı faciəsinin ağır yükü çox keçmir ki, onun valideynlərini də əlindən alır:

“Anam və atam həmin gün kənddə deyildilər. Amma qardaşımın, qohumlarımızın faciəli ölümləri onları o qədər sarsıtmışdı ki, bu dərdə dözə bilmədilər. Hadisədən qısa bir zaman sonra onlar vəfat etdilər.

Mən və qardaşım ağır yaralandıq. Bu gün də həmin yaralar bizə o gecənin dəhşətini xatırladır. Elə ailələr var idi ki, ölən yaxınlarının meyitlərini belə oradan götürə bilmədilər. Arzu edirəm ki, topraqlarımızı geri qaytaraq. Azərbaycan bir daha belə acı tarix yaşamasın”.

pia.az


Etiket: Xocalı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar