Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Lökbatanda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

25 fevral 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak ediblər.

Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində 5 nömrəli Uşaq İncəsənət Musiqi Məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm işlərindən ibarət kompozisiyaya baxdılar və 166 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir dinləyiblər.

Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad etdilər. Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova öz çıxışında qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi. Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.

Bu yaxınlarda Münhen Təhlükəsik konfransında Azərbaycan Respublikasının prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında debat oldu. Cənab prezident bütün dünyanın gözü qarşısında erməni tərəfinin işğalçı və vəhşi etnik təmizləmə siyasətini tənqid etdi. Tarixi faktlara sübut etdi ki, Dağlıq Qarabağa ermənilər son yüzillikdə yerləşdirilib. Bu ərazidə heç bir erməni mirası yoxdur. Nəinki Qarabağ, həm də ətraf 7 Azərbaycan rayonu işğal olunub, Xocalı soyqırımı törədilib, 1milyondan çox insan qaçqın düşüb. Ermənistanın baş nazirinin bütün yalanlarını dünyanın gözü qarşısında yerlə yeksan etdi, onu çıxılmaz vəziyyətə saldı, İrəvanın qədim Azərbaycan şəhəri olduğunu, Ermənistan Respublikası yaradılarkən paytaxt kimi Ermənistana verildiyini xatırlatdı. Paşinyan aciz vəziyyətdə dili topuq çala-çala nələri isə izah etməyə çalışsa da, özünü və dövlətini daha da rüsvay etdi.

Sonra YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Natiq öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsinin aşkar bir gerçəklik olduğunu da iştirakçıların nəzərinə çatdırdı və bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd edib.

Sonra rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən şəhid ailəsi Fəridə Cabbarova bildirdi ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.

Görüşdə Xocalıların arzu və təklifləri dinlənilmiş, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 117 Xocalı ailəsinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardım verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

Ermənilər növbəti təxribat törədib, Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var

Rusiya nəşrindən etiraf: ““Qafqaz-2020” təlimlərində mesaj  Ankara və Bakıya ünvanlanmışdı”

Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin döyüş fəaliyyətinin qarşısı alınır

Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - Fotolar

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar 

Məmur övladlarının milyonluq maşın kolleksiyası - Fotolar 

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

loading...

Ən çox oxunanalar