Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəzi yollar bağlanacaq

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək...

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.(apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: yollar


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur - Siyahı

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artır

loading...

Ən çox oxunanalar