Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib

Son zamanlar hüquq-mühafizə orqanlarının korrupsiya və rüşvətə bulaşmış icra başçılarına qarşı başlatdığı əməliyyatlarının davam edəcəyi bildirilir...

PİA.az xəbər verir ki, Gununsesi.org-un araşdırması zamanı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da "qara siyahı"da olmasına dair xəbərlər üzə çıxıb.

Belə ki, Mərdan Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəm ərzində çoxsaylı rüşvət, mənimsəmə və vəzifədən sui-istifadə halları aşkarlanıb.

Bu işə isə köməklik göstərən Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin bu yaxınlarda həbs etdiyi Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyev olub.

Hazırda həbsxanada olan Aqil Vəliyevə də qarşı Cinayət Məcəlləsinin rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. O, yerli vətəndaşların müvvəqqəti işə cəlb olunması prosesində 300 nəfərin maaş kartını mənimsəməsi və icra başçısı ilə bölməsi olub.

Məlumata görə, istintaq hazırda Şirvan rayonunda adlarına maaş yazılan amma pul üzü görməyən vətəndaşların dindirilməsi ilə məşğuldur.
Göründüyü kimi Mərdan Camalovun da cinayət dosyesi tamamlanmaq üzrədir.

Ölkə rəhbərinin korrupsiyaya qarşı prinsipial iradəsi kimliyindən asılı olmayaraq heç kəsi məsuliyyətdən kənarda qoymayacağına əminlik yaradıb.

Xatırladaq ki, Mərdan Camalov sabiq sənaye müdafiəsi naziri mərhum Yavər Camalovun qardaşıdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Mərdan Camalov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Fonda yardım üçün səfərbər oldular - Siyahıda kimlər var?

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur - Siyahı

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

ABŞ-ın səhiyyə sistemi: “Ölsən, bundan yaxşıdır”...

Koronavirusa yoluxan orqanizm 9 gündə hansı etaplardan keçir - Diqqətli olun

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artır

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

"Semaşko"nun 10 əməkdaşında koronavirus aşkarlandı

loading...

Ən çox oxunanalar