Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Savelyev: “Xocalı hadisələrinin kədərini azərbaycanlı qardaşlarımızla bölüşürük”

Xocalıdakı hadisələr Azərbaycan xalqının yaddaşında həmişəlik sağalmaz yara olaraq qalacaq...

Fevralın 26-da Xocalıda baş verən faciəli hadisələrin növbəti ildönümü münasibəti ilə Bakıda keçiriləcək anım mərasimində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev iştirak edəcək.

Bu barədə Media.Az-a siyasətçinin özü məlumat verib.

Xocalıdakı hadisələr Azərbaycan xalqının yaddaşında həmişəlik sağalmaz yara olaraq qalacaq. Rusiyalılar təbii ki, bu kədəri azərbaycanlı qardaşları ilə bölüşürlər. Bir çox şəhərlərdə anım günləri keçirilir, rusiyalılar başsağlığı verir və Xocalıda ölən, doğma və yaxınlarını itirmiş azərbaycanlıların kədərlərini bölüşməyə hazır olduqlarını ifadə edirlər. Fevralın 25-də Moskvada Tolerantlıq Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə anım tədbiri keçiriləcək. Moskvalılar kədərli ənənəni gözləyərək, Xocalıda ölənlərin xatirəsini yad edəcəklər”, - deyə Savelyev bildirib.

“Bu günlərdə Bakıda olmağı planlaşdırıram. Ötən il olduğu kimi bu il də mütləq anım tədbirlərinə qatılacağam. Belə hadisələrin xatirəsi nəsildən-nəslə ötürülməlidir, dünya ictimaiyyətinə isə bu faciə barədə daim xatırlatmaq gərəkdir. Axı Xocalı hadisələrinə hələ də hüquqi qiymət verilməyib, günahkarlar isə cəzasız qalıblar”, - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyevin sözlərinə görə, bu faciəli hadisələrdə soyqırımın bütün əlamətləri özünü göstərib və bu, dünya ictimaiyyəti tərəfindən tanınmalıdır:

Xocalıdakı hadisələrin xatirəsi diqqətlə qorunmalıdır. Çünki məhz nəsillərin yaddaşı – bu cür bəlanın dünyanın heç yerində təkrarlanmaması üçün ən yaxşı müdafiədir”.

pia.az


Etiket: Savelyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar