Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Ağayev: "Statistikamıza baxıram, xəcalət çəkirəm"

"Azərbaycanda para qazanılmayan vəzifəyə heç kim öz ömürünü fəda etməyib"...

Həbs olunan icra başçısının mülkiyyəti ilə bağlı mediada dolaşan xəbərlər çox güman ki, doğrudur. Amma onun sahib olduğu real sərvətlərin çox az bir hissəsi olduğuna da şübhə yoxdur.

Arabir ayrı-ayrı vəzifəli şəxslərin sərvətlərinin çox uzun siyahısı yayılır və onların da real olduğuna, mediaya təsadüfən gəlib düşmədiyinə həmişə inanmışam.

Beynəlxalq Bank və Rabitə Nazirliyinin keçmiş rəhbərliyinin məhkəmə işlərində ortaya çıxan faktları da gördük - bu proseslərdə tutulan ayrı-ayrı vəzifəli şəxslərin 100 milyonlarla dollarlıq oğurluqları və varidatları haqda rəsmi faktlar vardı.

Ümumiyyətlə, Azərbaycanda məmur ierarxaiyasında yüksək vəzifə sahibi olan hansısa məmurun milyonçu olmadığına heç kim məni inandıra bilməz. Bizim ölkəmizdə sovetlər dönəmində də, YAP hakimiyyəti zamanında da vəzifə yalnız biznes məqsədli olub - para qazanılmayan vəzifəyə heç kim öz ömürünü fəda etməyib. Vəzifə xalqa xidmətçilik üçün yox, ailəyə xidmət, bütöv bir nəsli xoşbəxt etmək üçün vasitə olub.

Arabir həbslər zamanı, bəzən isə klandaxili savaşın təzahürü kimi ortaya çıxan nəhəng sərvət-varidat siyahısına baxanda 2 hiss keçirirəm: biz bu adamlarla eyni ölkənin havasının uda-uda həm də fərqli planetlərdə yaşayırıq - düşüncələrimizlə, arzularımızla, hədəflərimizlə.

Bir də statistikamıza baxıram, xəcalət çəkirəm: bu qədər nəhəng varidatın 3-5% insanın əlində cəmləndiyi bir ölkənin sərvət bölgüsünə görə dünyada ideal sərvət bərabərliyinə sahib olduğunu göstərir.

MDB statistika qurumunun son hesabatına görə, Birlik ölkələrində ən yoxsul və ən zəngin 10% əhalinin gəlirləri arasında fərqin 10-15 dəfəyə çatdığı təşkil etdiyi göstərilir, amma bu qədər talan və sərvət hərisliyinin olduğu Azərbaycan üzrə cəmi 3 dəfə qeyd edilir.

Məsələn, siz təsəvvür edə bilirsinizmi ki, dövlətdən yoxsulluq müavinəti alan, ya işsiz statistikasında ola-ola hətta müavinət ala bilməyən bir adamın gəliri həbs olunan icra başçısının qazancından cəmi 3 dəfə azdır? (pravda.az)

pia.az


Etiket: vəzifə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar