Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriya və Liviya siyasəti macəra deyil” – Ərdoğan

“Türkiyənin Suriya və Liviya siyasəti macəra deyil”...

Strateq.az “Gazeteduvar”-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Hökumətinin xarici siyasətinə yönəlik tənqidlərə toxunan Ərdoğan deyb: “Türkiyə Suriyada, Liviyada, Aralıq dənizində həqiqətən mühüm mübarizə apararkən,bir anda içəridə heç bir dayağı olmayan müzakirələrin başladıldığını görürük. Türkiyənin Suriya və Liviya siyasəti nə bir macəradır, kef xatirinə bir iş. Bunun ölkə və millət olaraq yeni bir müstəqillik uğrunda mübarizə olduğunu söyləyirik. Lazım gələrsə, tək addım ataraq, ölkəmizi doğru istiqamətə aparmağa çalışırıq. Həmd olsun ki, artıq Türkiyənin gücü və mövqeyi müstəqil siyasət yürütməyə və bunu həyata keçirməyə kifayət edir. Hərbi gücümüzü lazım olduqda istər siyasi, istərsə də diplomatik baxımdan ən yüksək səviyyədə istifadə edirik. Masadakı və sahədəki hadisələrin gedişatını dəyişdirmək üçün lazım olan hər şeyi edirik, bütün imkanlarımızı səfərbər edirik”..

Liviya Milli Birlik Hökuməti ilə imzalanmış müqavilələrin BMT-də tanındığını xatırladan Ərdoğan bildirib: “Əcəba müəllimi olmayan, dəniz hüququndan və ya beynəlxalq hüquqdan anlamayan bir kütlənin aqibəti nə olacaq? Qeyri-qanuni Həftərə, muzdlu Həftərə qarşı qəhrəman əsgərlərimiz və “Suriya Milli Ordusu”ndan olan komandamızla birlikdə oradayıq. Əlbəttə, bir neçə dənə şəhidimiz var, amma deyim ki, bir neçə şəhid müqabilində 100-ə yaxın muzdlunu zərərsizləşdirdik. Şəhidlərin təpəsi boş qalmayacaq”.

Vladimir Putin, Angela Merkel və Emmanuel Makronla telefon təmaslarını qeyd edən Ərdoğan əlavə edib: “Bütün coğrafiyalarda Türkün və Türkiyənin varlığını ortaya qoyacağıq. Ölkəmizi müşkül duruma qoymamaqdan ötrü qanunun pozulduğu bir dövrdən keçirik. Digər tərəfdən, axşam cənab Putinlə danışdıq, gün ərzində Makron və Merkellə də söhbətimiz oldu. Bütün bu qiymətləndirmələrdən sonra yol xəritəmizi təyin etdik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar