Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: İranda 28 nəfər koronavirusa yoluxub

Ötən günlər ərzində İranda koronavirusa yoluxanların təxminən 18 faizi həyatını itirib...

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kiyanuş Cahanpur deyib.

O, indiyədək İranda 28 nəfərin koronavirusa yoluxduğunu, onlardan 5 nəfərin öldüyünü açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, virusun yayılma mərkəzi Qum şəhəri olub, virusa yoluxanların böyük hissəsinin də ya bu şəhərin sakini olduğu, ya da Qum şəhərinə gediş-gəliş etdiyi bildirilir.

Virusa yoluxanlardan bəziləri isə Tehran, Ərak və Gilan vilayətlərinin sakinləridir.

İran Səhiyyə Nazirliyi əhalini lüzumsuz səfərlərdən çəkinməyə və gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Digər tərəfdən, soyuqdəymə əlamətləri müşahidə olunan şagirdlərin məktəbə getməməsi tövsiyə olunub.

Ölkənin paytaxtında insanlar artıq qoruyucu maska ilə gəzir.

Virusun yayılması əhalinin böyük hissəsinin narahatlığına səbəb olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar